Modern.az

Pakistanda anormal istidən 65 nəfər ölüb

Pakistanda anormal istidən 65 nəfər ölüb

22 May 2018, 22:24

Pakistanın Karaçi şəhərində istidən 65 nəfər ölüb.

 

Modern.az  xəbər verir ki, bütün ölüm halları son üç gündə qeydə alınıb.

 

Onların bir çoxu evdə, günvurmadan sonra vaxtında həkim yardımı ala bilmədikləri üçün vəfat edib. Ölənlərin yaş həddi 6-78-ə qədərdir.

 

Sinoptiklərin xəbərdarlığına görə, Karaçidə daha bir neçə gün yeni isti hava dalğası gözlənilir. Havanın istiliyi 40 dərəcəyə yaxınlaşacaq. (report)

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi