Modern.az

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?  

Yeni Azərbaycan Partiyasının köhnə binası kimə veriləcək?   

Aktual

23 May 2018, 08:57

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

Qeyd edək ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb.


Bəs Yeni Azərbaycan Partiyasının köhnə binasının aqibəti  necə olacaq?


Hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın  Mirzəzadə Modern.az-a açıqlamasında məsələ barədə xəbərsiz olduğunu deyib.


“Bu barədə tam məlumatsızam. Güman ki, zamanı gələndə bu barədə məlumat veriləcək. Hazırda köhnə binadayıq. Köçmə prosesinə artıq başlanılıb. Müəyyən müddətdən sonra tam olaraq fəaliyyət göstərəcəyik. Yeni binamız partiyamızın büdcəsi hesabına tikilib. Partiyamızın 700 mindən çox üzvü var. Hər bir kəs üzvlük haqqı verir. Uzun illər yığdığımız vəsait imkan verdi ki, daha geniş bina tikək. Buna da nail olduq”.

 

Qeyd edək ki, Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalı da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır