Modern.az

Qurtuluş Günündə konsert olacaq

Qurtuluş Günündə konsert olacaq

23 May 2018, 08:57

İyunun 12-də Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı təqdim olunacaq.

Mədəniyyət Nazirliyindən Modern.az-a bildirilib ki, “Şərəf tariximiz” adlı konsert proqramında respublikanın sevilən və tanınmış sənətkarları - Xalq Artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Ədalət Şükürov, Gülüstan Əliyeva, Elza Seyidcahan, Zaur Əmiraslanov, tanınmış müğənnilər Nazim Faytonçu, Nərmin Kərimbəyli, Yaşar Cəlilov, Leyla Ramazanlı, Könül Məmmədli, Əbdül Xalid, Tofiq Hacıyev, Nicat Cəfərzadə və başqaları iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının, habelə şəhərin bütün kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır