Modern.az

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb  

Azərbaycanda şübhəli bilinən daha 36 nəfər saxlanılıb   

23 May 2018, 09:26

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 124 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1, borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR! Sülhməramlılar Xocalıdakı bazalarından belə çıxır