15 avqust 2018, Çərşənbə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Mədəniyyətimizin ziyası və ... düşmənləri
Mədəniyyətimizin ziyası və ... düşmənləri +
23.05.2018, 09:32

Mehdi Gəncəli,
dos.dr. Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun müdir müavini


Abid Tahirli
filologiya elmləri doktoru


Milli teatrımızın ilk peşəkar səhnə ustalarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovun  (1865-1918) vəfatı ilə bağlı “Azərbaycan” qəzetinin 100 il bundan əvvəl dərc etdiyi “Bir zıya” adlı məqalə bir çox cəhətdən diqqəti çəkir. Ən əvvəl, qeyd olunmalıdır ki, qəzet qədirbilənliklə 35 il könüllü surətdə səhnə uğrunda hər cür fədakarlıq göstərən Cahangir Zeynalovun  xidmətini layiqincə dəyərləndirir və böyük aktyorun ölümündən, onun cəmiyyətdən, mətbuatdan xəbərsiz dəfnindən  təəssüflə bəhs edir.


Yazıda diqqəti çəkən məqamlardan biri də  1918-ci ilin 31 mart- 3 aprel tarixlərində  bolşevik cildinə girmiş silahlı erməni quldur dəstələrinin əliyalın azərbaycanlılara qarşı törətdiyi qətliamdan sonra   çox sayda dinc əhalinin, o cümlədən 53 yaşlı Cahangir Zeynalovun  qırğından xilas olmaq üçün İrana keçmək məcburiyyətində qalması faktının yazıda əksini tapmasıdır. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bu problem-  erməni vəhşilyindən, qırğınından qurtarmaq üçün azərbaycanlıların, o cümlədən tanınmış ədəbiyyat, mədəniyyət xadimlərinin Bakını tərk edərək İranda müvəqqəti sığınacaq tapması mövzusu mütəxəssislər  tərəfindən dərindən və hərtərəfli araşdırılmalı və ermənilərin törətdiyi cinayətlərin ağır nəticələrindən biri kimi qiymətləndirilməlidir. Bu baxımdan oxucuların diqqətinə təqdim etdiyimiz  “Bir ziya” adlı məqalə dövrün olaylarını əks etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.


Bir zıya


Bu günlərdə kimsə xəbərini bilmədən, otuz beş ildən bəri Bakü Türk və müsəlman səhnəsində bitəmənna, könüllü surətdə çalışaraq, bu uğurda hər şeydən keçən aktyorlarımızdan Kərbəlayi Cahangir Zeynalov vəfat etmişdir. Kərbəlayi Cahangiri Baküdə tanımayan bir kəs yoxdur. 18 (31) mart hadisəyi-müəssifəsindən sonra başqa türk və müsəlmanlar kimi İrana fərar etmiş, altı ay bir müddət orada yaşamışdır. Son günlərdə İrandan öz yurduna avdət etmiş, xəstələnərək vəfat eylemişdir.


Ölüm haqdır. Kimsə bunun əlindən təxlisi-giriban edəməyəcəkdir. Kərbəlayi Cahangirin bu surətlə vəfat edərək çalışdığı maarif və xeyriyyə cəmiyyətləri üzvlərinin və aktyor arkadaşlarının və mətbuat xadimlərinin xəbəri olmadan dəfn edilməsi təəssüf ediləcək, bəlkə əfv edilməyəcək bir haldır. Zəmanəmiz o qədər keşməkeşli bir hal almışdır ki, kimsə öz yaxın tanışlarından belə olsun, vaxtlı vaxtında xəbər tutamıyor. Kərbəlayi Cahangirin vəfatı və dəfni də bu qəbil olmuşdur. Lakin onun qohum- əqrəbası, vəfatı xəbərini qazətə elanları ilə xəbər verə bilərdilər ki, bizim şəhərimizn adətidir. Nasılsa burasına etina edilməmişdir.


Kərbəlayi Cahangir, otuz beş sənə bir zamandır ki, səhnə və tiyatro işlərində çalışıyor ve öhdəsinə götürdüyü müdhik rolları layiqincə ifa ediyordu. Hacı Qara və Hacı Qəmbər komediyalarının qəhrəmanları dərxatir edilirkən ixtiyarsız olaraq insanın nəzərində Kərbəlayi Cahangir təcəlli ediyor. Son on ildə faciələrdə də iştirak edib, birinci dərəcə baş rollar oynayırdı. Hər nə qədər yaşı altmış beşi təcavüz etmişdisə də, ruhu cavan idi. Vaxtiylə Baküdə təşkil edilmiş “Nicat”, “Səfa” ve “Nəşri-maarif” kimi cəmiyyətlərdə idarə üzvü sifətiylə çalışmışdır. Kərbəlayi Cahangir, yanılmıyorsam, Azərbaycan səhnəsində ən ixtiyar aktyor idi. Tanrının rəhmətində olsun.   

“Azərbaycan”qəzeti, № 24,

28 təşrini-əvvəl ( oktyabr 1918).

 

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Milli parka zibil atdı, 500 manat cərimələndi
15.08.2018, 11:08

Milli parka zibil atdı, 500 manat cərimələndi

Tanınmış jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi
15.08.2018, 10:50

Tanınmış jurnalist Səbuhi Məmmədli xəstəxanaya yerləşdirildi

Bu ərazilər susuz qalacaq - SİYAHI
15.08.2018, 10:44

Bu ərazilər susuz qalacaq - SİYAHI

 «Magistr» jurnalının 7-ci nömrəsi çapdan çıxıb
15.08.2018, 10:37

 «Magistr» jurnalının 7-ci nömrəsi çapdan çıxıb

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi
15.08.2018, 10:20

Mehman Hüseynov şərti azadlıq üçün məhkəməyə müraciət etdi

Nazirlik: Verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq
15.08.2018, 10:16

Nazirlik: Verilən göstərişləri icra etməyən iaşə obyektlərinin fəaliyyəti dayandırılacaq

Putin Şimali Koreya lideri ilə görüşə RAZILAŞDI
15.08.2018, 10:12

Putin Şimali Koreya lideri ilə görüşə RAZILAŞDI

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı
15.08.2018, 10:06

Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Ermənistan atəşkəsi 91 dəfə pozdu
15.08.2018, 09:52

Ermənistan atəşkəsi 91 dəfə pozdu

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır
15.08.2018, 09:38

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ
15.08.2018, 09:37

ABŞ müdafiə naziri Rusiya və Çini HƏDƏLƏDİ

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 31-ə çatdı
15.08.2018, 09:30

İtaliyada körpü uçması nəticəsində ölənlərin sayı 31-ə çatdı

Polis bir gündə 79 nəfəri saxladı
15.08.2018, 09:19

Polis bir gündə 79 nəfəri saxladı

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı
15.08.2018, 09:06

Ərdoğan ABŞ məhsullarına idxal rüsumunu artırdı

Azərbaycan manatının 26 yaşı tamam oldu
15.08.2018, 09:00

Azərbaycan manatının 26 yaşı tamam oldu

Azərbaycanda bəzi qazilərin rütbəsi artırılıb
15.08.2018, 08:38

Azərbaycanda bəzi qazilərin rütbəsi artırılıb

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
15.08.2018, 08:27

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Bakıda qəza böyük tıxac yaratdı
15.08.2018, 00:56

Bakıda qəza böyük tıxac yaratdı

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər
15.08.2018, 00:42

Baş nazir faciə qurbanlarının sayını açıqladı: 22 nəfər

Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir - FOTOLAR
15.08.2018, 00:29

Qarabağdakı abidələrimizin memarlıq quruluşu dəyişdirilir - FOTOLAR

Bitkoin ucuzlaşıb
15.08.2018, 00:13

Bitkoin ucuzlaşıb

Qurban Qurbanov komandadan razıdır
14.08.2018, 23:58

Qurban Qurbanov komandadan razıdır

Lənkəranda qohumu gənc qadını bıçaqladı
14.08.2018, 23:46

Lənkəranda qohumu gənc qadını bıçaqladı

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi
14.08.2018, 23:31

Körpü uçan şəhərdə iki günlük matəm elan edildi

Azərbaycan qızıl hasilatından 180 milyon gəlir əldə edib
14.08.2018, 23:17

Azərbaycan qızıl hasilatından 180 milyon gəlir əldə edib

Azərbaycan nefti ucuzlaşdı
14.08.2018, 23:01

Azərbaycan nefti ucuzlaşdı

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB
14.08.2018, 22:49

“Qarabağ” mübarizəni Avropa Liqasında davam etdirəcək – YENİLƏNİB

Yaşamaq üçün ən yaxşı şəhər
14.08.2018, 22:24

Yaşamaq üçün ən yaxşı şəhər

Bakı küçələrini bu maşınlar süpürəcək - VİDEO
14.08.2018, 22:06

Bakı küçələrini bu maşınlar süpürəcək - VİDEO

İtaliyada körpünün uçma səbəbi bilindi
14.08.2018, 21:52

İtaliyada körpünün uçma səbəbi bilindi

Ömrün 55-də şəhidliyin mübarək... - VİDEO
14.08.2018, 21:37

Ömrün 55-də şəhidliyin mübarək... - VİDEO

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov
14.08.2018, 21:16

“Bu Xəzərlə bağlı bütün danışıqlarda rekorddur” - Lavrov

Xətaidə mənzildə kişi meyiti tapıldı
14.08.2018, 20:54

Xətaidə mənzildə kişi meyiti tapıldı

Bakıda dolları belə yandırdılar - VİDEO   
14.08.2018, 20:42

Bakıda dolları belə yandırdılar - VİDEO  

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir
14.08.2018, 20:29

Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edir

ARXİV