Modern.az

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb  

Las Veqas meri Azərbaycan Xalq Cümhuriyyətilə bağlı bəyannamə imzalayıb   

23 May 2018, 10:04

ABŞ-ın Nevada ştatının Las Veqas şəhərinin meri Karolin Qudman Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təbrik bəyannaməsi imzalayıb.
 
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Modern.az-a bildirlib ki, bəyannamədə Las Veqas şəhərinin meri Azərbaycan xalqını bu xüsusi yubiley münasibətilə təbrik edərək, xoş arzularını çatdırır. Sənəddə həmçinin Azərbaycan və ABŞ arasında dostluq və tərəfdaşlığın gücləndirilməsi və davamlı inkişafı xüsusi vurğulanır.
 
Qeyd edək ki, dünyanın əyləncə paytaxtı adlandırılan Las Veqas şəhəri ABŞ-ın ən çox ziyarət olunan turizm məkanlarından biridir. Əhalisinin sayına görə Nevada ştatının ən böyük şəhəri olan Las Veqas ştatın ən aparıcı mədəni, maliyyə və biznes mərkəzidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir