Modern.az

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA

Terror qruplaşmaları ayda nə qədər pul qazanır? - AÇIQLAMA

23 May 2018, 10:33

İŞİD döyüşçülərinə verilən maaş 90% azaldılıb.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Dmitri Feoktistov bildirib.

 

“Bizim məlumatımıza görə, 2014-cü ildə qruplaşmanın büdcəsi 1,8 milyard dollar təşkil edirdi. Lakin hazırda bu göstərici 400 milyona qədər geriləyib”.

Rusiyalı diplomat İŞİD-in öz döyüşçülərinə verdikləri maaşları 90% azaltdığını deyib.

 

Feoktistov “Əl-Qaidə” qruplaşmasının İŞİD-dən 10-20 dəfə çox pul qazandığını deyib. Belə ki, “Əl-Qaidə” ayda 30-40 milyon dollar qazanırsa, İŞİD cəmi 3 milyon dollar gəlir əldə edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir