Modern.az

Azərbaycanda 5 milyon 638 min 115 nəfər tibbi müayinədən keçdi - Bu xəstəliklər tapıldı...

Azərbaycanda 5 milyon 638 min 115 nəfər tibbi müayinədən keçdi - Bu xəstəliklər tapıldı...

Ölkə

23 May 2018, 12:04

Səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” imzaladığı sərəncama əsasən, 2018-ci ilin fevral ayının 12-dən may ayının 12-dək nəzərdə tutulan əhalinin tibbi müayinəsi yekunlaşıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

 

S.Əhmədova deyib ki, tibbi müayinələrdən 18 yaşdan yuxarı 5 milyon 638 min 115 nəfər yararlanıb:


“Onlardan 3540384-ü kişi, 3742875-i qadındır. Müraciət edənlərin 338013 nəfərində müxtəlif növ ilkin xəstəliklər aşkarlanıb. Müayinələrdə yüksək göstəricilər qan dövranı sistemi və tənəffüs sistemi xəstəlikləri üzrə qeydə alınıb. Hər iki xəstəlikdən ayrı-ayrılıqda 50 mindən çox insanın əziyyət çəkdiyi aşkarlanıb”.

 

Nazirlik rəsmisinin sözlərinə görə, ən aşağı göstərici isə infeksion xəstəliklər üzrə müşahidə olunub:

“Bu müayinələr zamanı cəmi 8015 insanda belə hallar üzə çıxıb. Müayinələr zamanı 27663 nəfər hospitalizə olunub, 58563 şəxs dispanser nəzarətinə alınıb, 1810880 nəfər əlavə müayinələrə cəlb olunub. Respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinin və regionlara ezam olunan mütəxəssislərdən ibarət qrupların səyləri nəticəsində 166 min 277 nəfər sağlamlaşdırılıb. Əhalinin tibbi profilaktik müayinəsi ilə bağlı təbirlər gələcəkdə də davam etdiriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı