Modern.az

 “Qız qaçırmaq adam oğurluğu deyil” - Deputatdan AÇIQLAMA  

 “Qız qaçırmaq adam oğurluğu deyil” - Deputatdan AÇIQLAMA   

23 May 2018, 12:06

“Ailələrin dağılması ciddi problemə çevrilib”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

 

O qeyd edib ki, bunun səbəblərin biri də valideynlərin ailəyə müdaxiləsidir: “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var... Deyirlər, yaşı keçir, evlənməlidir. Bu, yanaşma düzgün deyil”.

 

S.Novruzov qeyd edib ki, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var.

“Ailədən uzaq insanları mütəmadi olaraq televiziya efirlərinə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər”.

 

Komitə sədri qeyd edib ki, ölkədə qız qaçırmaya görə də, adam oğurluğuna görə də eyni maddə tətbiq olunur:

 

“Bu, düzgün deyil. Bəlkə qız və oğlan bir-birlərini seviblər, valideynlər isə razı olmayıb, onlar da bu cür addım atıblar”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi