Modern.az

Çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif edilib

Çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif edilib

Aktual

23 May 2018, 12:15

“Əvvəllər Azərbaycanda 5 uşaqlı ailələr var idisə, indi çoxuşaqlı ailələrdə 3 uşaq olur. Ona görə də çoxuşaqlı ailə məfhumunda 3 uşağa ensək, düzgün olar”.

 

Modern.az xəbər verir ki,  bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur.

 

H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl 1 ay vaxt verilir: "Həmin 1 ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq”.

 

Komitə sədri əlavə edib ki, Azərbaycanda 620 min əlil var. Onun 200 min nəfərdən çoxu uşaqlıqdan əlildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir