Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüşdü

Vahid Əhmədov seçiciləri ilə görüşdü

23 May 2018, 12:28

Milli Məclisin deputatı Vahid Əhmədov Quba şəhərində yerləşən ofisində növbəti dəfə seçiciləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı vətəndaşları maraqlandıran bütün suallar deputat tərəfindən cavablandırılıb. Görüşdən sonra qəbul üçün qeydiyyatdan keçən 76 nəfər Quba və qonşu Xaçmaz rayon sakini millət vəkili tərəfindən təkbətək qəbul edilib.

Həmişə olduğu kimi bu dəfə də vətəndaşların ən ağrılı yeri olan bank kreditlərinin qaytarılması zamanı yaranan bank-vətəndaş qarşıdurması araşdırma mövzusu olub.Təəssüf ki, manatın devalvasiyasından sonra bu istiqamətdə konkret qərarın olmaması çox sayda bank müştərilərini çıxılmaz vəziyyətə salıb. Torpaqların verilməsi, işıq və qaz haqlarının ödənilməsı zamanı yaranan problemlər, xəstələrin özəl klinikalarda müalicəsi üçün vəsaitin olmaması, təbii fəlakətlər zamanı yaranan ziyanların ödənilməsi, işə düzəlmə və bu kimi digər məsələlər qəbul zamanı araşdırılan məsələlər sırasında olub. Bir sıra problemlər qəbul prosesində araşdırılaraq həllini tapmış, yerdə qalanlarının baxılması istiqamətləri müəyyənləşdirilərək nəzarətə götürülüb. Görüşə gələn və dəvət edilən Quba şəhərində fəaliyyət göstərən məscidlərin din xadimləri ilə Ramazan bayramı günlərində deputat tərəfindən iftar süfrələrinin açılması məsələsi də müzakirə edilərək konkret tarixlər müəyyən edilib.


Qəbuldan sonra rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə görüşən millət vəkili qəbul zamanı rayon sakinlərini narahat edən məsələlər barəsində fikir mübadiləsi aparıb, həlli üçün istiqamətlər və tədbirlər müəyyənləşdirilib.


Növbəti qəbul iyun ayında olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir