Modern.az

Azyaşlıya kəbin kəsən bəzi din xadimləri cinayət məsuliyyətinə cəlb olunub

Azyaşlıya kəbin kəsən bəzi din xadimləri cinayət məsuliyyətinə cəlb olunub

Aktual

23 May 2018, 12:38

“Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları var”.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisdə keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

 

O qeyd edib ki, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var: “Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən heç rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?