16 oktyabr 2018, Çərşənbə
Ana Səhifə - MÜSAHİBƏ - “Cavid Qurbanov həqiqəti deyir - Nazirləri tərifləməklə məşğul olmamalıyıq” - MÜSAHİBƏ
“Cavid Qurbanov həqiqəti deyir - Nazirləri tərifləməklə məşğul olmamalıyıq” - MÜSAHİBƏ
23.05.2018, 13:31

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dünənki iclasında çıxış edən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər.


“Hökumətin tərkibi cavanlaşdığından idarəetməyə də yanaşma dəyişməkdədir. Onlar effektiv işləməyə başlayıb. Vergilər Nazirliyində ciddi dəyişikliklər baş verib və bu quruma xeyli cavan kadrlar cəlb olunub. Məhz bunun nəticəsidir ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Mən vergi sisteminin daha da yumşaldılmasını təklif edirəm. Hamı vergi vermək istəyir.Buna görə də vergi sistemini yumşaltmaq lazımdır. Vergilər yumşaldılarsa, vergi yığımı daha yüksək olar”-deyə, C.Qurbanov bildirib.


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə də deputat həmkarını dəstəkləyib. O, bu məsəlylə bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Çingiz müəllim, dünən deputat həmkarınız Cavid Qurbanov deyib ki, artıq Vergilər Nazirliyində çalışanlar adam balası kimi işləyirlər. Doğrudanmı, qısa zaman çərçivəsində Vergilər Nazirliyində aparılan işlər özünü müsbət formada göstərir?

- Dünən bütün mətbuat səhifələrində başlığa çıxarılan bu fikirlə mən də razıyam. Təkcə Vergilər Nazirliyi deyil, digər nazirliklərdə də yerdəyişmədən sonra müsbət işlərin görülməsi ilə bağlı atılan ilk addımlar təqdirəlayiqdir. Bunu təkcə həmkarım Cavid Qurbanov yox , cəmiyyətimiz də görməyə başlayıb. Bu baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində son təyinatdan sonra vergi ödəyiciləri ilə aparılan işlər,  vergi ödəyicilərinə açıq müraciətlər, onlarla görüş, verginin alınmasının forması və qaydalarının dəyişdirilməsi cəmiyyətdə müsbət hal kimi qarşılanıb. İnsanlar, xüsusilə də sahibkarlar vergilər naziri Mikayıl Cabbarovdan və onun komandasından olduqca müsbət addımlar gözləyirlər. Onu da qeyd edim ki, vergi ödəməyin özü bir mədəniyyətdir. Cavid müəllimin də qeyd etdiyi kimi, “hamı vergi vermək istəyir” ifadəsi həqiqətdir. Həmkarımın “vergi sisteminin daha da yumşaldılması yolu ilə daha çox vergi yığmaq imkanı əldə etmək olar” fikri ilə də tam razıyam. Mən həmçinin digər nazirliklərdəki kadr islahatları və dəyişikliklər barədə çıxış edən həmkarımın fikri ilə tam razıyam. Ümid edirəm ki, hökumətin yeni tərkibinə təyinat alan islahatçı nazirlər həm cənab prezidentin, həm də Azərbaycan xalqımın etimadını doğruldacaqlar.

- Siz, hələ sabiq vergilər naziri Fazil Məmmədov işdən azad olunmazdan əvvəl Milli Məclisdə hökumətin hesabatı zamanı Vergilər Nazirliyini kəskin tənqid etmişdiniz. Çıxışınız zamanı bildirdimişdiniz ki, biz niyə Gürcüstandakı kimi vergi sisteminə keçə bilmirik? Nəyə görə, şəhəri gəzərkən daha çox ticarət obyektlərinin qapılarının bağlı olduğunu görürük?
Bildirmişdiniz ki, Vergilər Nazirliyinin qanuni-qanunsuz tələblərinə dözə bilməyən sahibkarlar iş yerlərini bağlayırlar. Belə bir təklif vermişdiniz ki, bəlkə biz daha çox iş yeri açmaqla, daha az vergi sisteminə qayıdaq... Onda həm sahibkarlar, həm də dövlət daha çox qazanar...


- Bəli, mən belə bir təkliflə çıxış etmişdim. Həmkarım Cavid Qurbanovun dünənki təklifi ilə sanki üst-üstə düşür. Hesab edirəm ki, bu, çoxlarının arzusudur. Azərbaycanda vergi sitemi daha da sadələşdirilməlidir. Və daha da yumşaldılmalıdır. Biz daha çox iş yerlərinin açılmasına nail olmaqla, daha az vergi yığımı tətbiq etməklə büdcəyə daha çox verginin ödənilməsinə nail olmalıyıq. O baxımdan hesab edirəm ki, Vergilər Nazirliyində kadr islahatı ilə bərabər, Vergi qanunvericiliyində də xeyli dəyişikliklər edilməlidir. Məsələn, Vergi Məcəlləsinin hazırda qüvvədə olan 13.2-ci bəndində göstərilib ki, daşınar və daşınmaz əmlakın alqı-satqısı zamanı vergidən azad olunan  ailə üzvləri sırasına  ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar), bacı və qardaş övladları, ər-arvadların bacıları, qardaşları və valideynləri, bacıların ərləri və qardaşların arvadları, valideynlərin bacıları (qardaşları) daxil olsa da, həmin siyahıya nəvə salınmayıb. Onda belə çıxır ki, nəvə vergi ödəyicisinin ailə üzvlərinin sırasına daxil deyil. Dünyada Allah-Təalanın insan üçün bəxş etdiyi ən şirin nemətlərdən biri də nəvədir. Bunu bir missal olaraq çəkdim. Vergi Məcəlləsində vergi ödəyiciləri üçün olduqca sərt və əsassız maddələr var. Boşluqlar var. Yaxşı olar ki, Milli Məclisin müvafiq  komitələri və  Vergilər Nazirliyin müvafiq şəxslərinin iştirakı ilə Vergi Məcəlləsinə yenidən baxılsın. Bununla da Məcəllə müasir  dövrün tələblərinə uyğunlşdırılsın.
 

- Bəzi nazirlər işdən azad edildikdən sonra özləri və faəliyyətləri mətbuatda, ayrı-ayrı şəxslər tərəfindən, eləcə də həmkarlarınız tərəfindən olduqca kəskin tənqid olunur. Ancaq siz vergilər naziri Fazil Məmmədov, keçmiş nəqliyyat naziri Ziya Məmmədov, “Dövlətqaçqınkomun” sədri Əli Həsənov, “Azərenerji” QSC-nin sədri Etibar Pirverdiyev fəaliyyətdə olan zaman kəskin çıxışlar etsəniz də, digər nazirlər vəzifədən azad olunduqdan sonra onların arxasınca danışmadınız. Bu nə ilə əlaqədardır?


- Hesab edirəm ki, gedənin arxasınca danışmaq düzgün deyil. Cənab prezident onların fəaliyyətinə qiymət verib və vəzifədən kənarlaşdırıb. Onların fəaliyyətinin yoxlanılması məqsədəuyğun hesab edilsə, müvafiq orqanlar bu yoxlamaları həyata keçirəcəklər. Amma işdən çıxarılan məmurun arxasınca danışmaq, hansısa fikirləri bildirmək hesab edirəm ki, özünə hörmət edən şəxsə o qədər də başucalığı gətirməz. Əgər cəsarətin varsa, həqiqəti demək istəyirsənsə və dediklərin həqiqətdirsə onu həmin məmur işlədiyi zaman tənqidi fikirlərini bildir. Amma gedənin arxasınca danışmaq bizim eldə başqa cür qiymətləndirilir. O, qeybətə bənzəyir.  


- Çingiz müəllim, bizdə olan məlumata görə, siz prezident seçkiləri dönəmində rayonda keçirdiyiniz görüşlərin hamısında Kənd  Təsərrüfatı Nazirliyinin də fəaliyyətini tənqid etmisiniz.

- Bildiyiniz kimi, mən Milli Məclisə 80 saylı İmişli - Beyləqan seçki dairəsində deputat seçilmişəm. Seçkilər öncəsi mənim həmin rayonlardakı seçicilərimlə 40-dan çox görüşüm olub. Deputat seçildiyim hər iki bölgə aqrar rayondur. İmişli və Beyləqan kənd təsərrüfatı və maldarlıq sahəsi ilə məşğul olan rayonlardır. Orada torpaq problemləri, kənd təsərrüfatı məsələləri ilə bağlı narazılıqlar var. Həmçinin, istehsal olunmuş məhsulların tədarükü ilə bağlı narazılıqlar da var.  Və bütün görüşlərimdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin məni qane etmədiyini hələ Heydər Əsədov nazir olan zaman bildirmişəm. Hətta bu fikirlərimə görə həmkarlarım tərəfindən mənə iradlar da olub. Amma hesab edirəm ki, biz nazirləri tərifləməklə məşğul olmamalıyıq. Həm də onların rəhbərlik etdiyi qurumlarda yarıtmaz faktlarla bağlı öz fikirlərimizi bildirməliyik. Bu fikirlər rəsmi qaydada və mətbuat vasitəsilə də ola bilər. Biz bu cür addımları atmaqla cənab prezidentə kömək etmiş oluruq. Eyni zamanda,  qeyd etdiyimiz çatışmazlıqların, qüsurların aradan qaldırılması üçün öz təşəbbüsümüzü ortaya qoymuş oluruq.


Əvəz ZEYNALOV
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”
16.10.2018, 12:20

Nazirlikdən həyəcan təbili: “Sürüşmənin təsiri yaşayış evlərinə tərəf artıb”

Cəbhədə monitorinq keçirilib
16.10.2018, 12:13

Cəbhədə monitorinq keçirilib

Milli Məclisin iclası başladı
16.10.2018, 12:09

Milli Məclisin iclası başladı

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi
16.10.2018, 12:03

Bakı Ali Neft Məktəbində Rasim Balayevin yubleyini qeyd etdi

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV
16.10.2018, 11:56

Hacıbala Abutalıbov: “Əgər sürüşmə zonasındakı torpaqları mən satmışamsa...” - EKSKLÜZİV

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib
16.10.2018, 11:54

Dövlət katibi itən jurnalistə görə Səudiyyə Ərəbistanına gəlib

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ
16.10.2018, 11:44

Bakı metrosunda faciə: Sərnişin ÖLDÜ

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı
16.10.2018, 11:37

Ermənistanda Türkiyə vətəndaşı saxlanıldı

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI
16.10.2018, 11:31

Tramp-Kim Çen In görüşünün vaxtı və yeri AÇIQLANDI

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq   
16.10.2018, 11:30

Səbuhi Məmmədli bu gün Kiyevə yola düşür - Təcili əməliyyat olunacaq  

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI
16.10.2018, 11:28

Yeni xəbər kanalının yayıma başlayacağı tarix AÇIQLANDI

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi
16.10.2018, 11:27

İcazəsiz ov etmək istədi, 1000 manat cərimələndi

Bakıda soyğunçuluq edən saxlanıldı
16.10.2018, 11:21

Bakıda soyğunçuluq edən saxlanıldı

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu
16.10.2018, 11:16

“Etimad Əsədov xəstəliyini 3-4 ay əvvəl bildi, İrana da getdi, amma səhhəti düzəlmədi” - Qazinin dostu

Zakir Həsənov sabah Çexiyaya gedir
16.10.2018, 11:13

Zakir Həsənov sabah Çexiyaya gedir

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır
16.10.2018, 11:10

Bakıda I sinifdə oxuyanların 7306 nəfəri 6 yaşı tamam olmayan uşaqlardır

Ağsuda zəlzələ oldu
16.10.2018, 11:08

Ağsuda zəlzələ oldu

Axtarışda olan 37 nəfər saxlanıldı
16.10.2018, 11:03

Axtarışda olan 37 nəfər saxlanıldı

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 
16.10.2018, 11:01

Gömrükçülər 8 mobil telefon müsadirə etdilər 

Azərbaycanda neft gəlirləri AÇIQLANDI
16.10.2018, 11:00

Azərbaycanda neft gəlirləri AÇIQLANDI

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI
16.10.2018, 10:51

“Propolis cövhəri qəbul edən insan heç vaxt xərçəng xəstəliyinə tutulmaz” - ARIÇI

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı
16.10.2018, 10:44

Müddətli müqavilə ilə işə qəbul olan müəllimlərin sayı açıqlandı

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi
16.10.2018, 10:34

Həbib Makqreqorla revanş döyüşündən imtina etdi

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR
16.10.2018, 10:29

Bakıda daha bir avtobus qəzası - ÖLƏN VAR

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar
16.10.2018, 10:25

Türkiyəli müstəntiqlər Haşkacının öldürüldüyü yerdə olublar

DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək
16.10.2018, 10:23

DİM yeni qaydalara uyğun sınaq imtahanı keçirəcək

Ermənistan atəşkəsi 29 dəfə pozdu
16.10.2018, 10:11

Ermənistan atəşkəsi 29 dəfə pozdu

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi
16.10.2018, 10:05

San Fransiskoda Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə qəbul edildi

“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan”a ETİRAZ
16.10.2018, 09:54

“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan”a ETİRAZ

Badamdarda son durum: Sürüşmə sahəsində aktivlik davam edir
16.10.2018, 09:37

Badamdarda son durum: Sürüşmə sahəsində aktivlik davam edir

Şamaxıda zəlzələ oldu
16.10.2018, 09:34

Şamaxıda zəlzələ oldu

Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi 
16.10.2018, 09:10

Baş nazir bu qurumun nizamnamə və strukturunu təsdiq etdi 

Azərbaycanda yeni mərkəz yaradıldı
16.10.2018, 09:08

Azərbaycanda yeni mərkəz yaradıldı

Universitetlər publik hüquqi şəxsə çevrildi - Ali məktəblərdə nələr dəyişdi?
16.10.2018, 09:07

Universitetlər publik hüquqi şəxsə çevrildi - Ali məktəblərdə nələr dəyişdi?

“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən XƏBƏR VERDİ   
16.10.2018, 08:52

“Heç kimin xəbəri yoxdur ki, Xırdalan şəhəri batır” - Memar böyük təhlükədən XƏBƏR VERDİ  

Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM   
16.10.2018, 08:17

Millətlər Liqasında 4-cü tur bu gün yekunlaşacaq - TƏQVİM  

Millətlər Liqasında daha 7 oyun keçirildi - NƏTİCƏLƏR
16.10.2018, 08:12

Millətlər Liqasında daha 7 oyun keçirildi - NƏTİCƏLƏR

Manatın kursu dəyişir? - MƏZƏNNƏ
16.10.2018, 07:56

Manatın kursu dəyişir? - MƏZƏNNƏ

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi   
16.10.2018, 07:55

Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib
16.10.2018, 01:00

Azərbaycanla İrlandiya arasında əməkdaşlıq müzakirə edilib

İŞİD 700 dinc sakini girov götürüb
16.10.2018, 00:37

İŞİD 700 dinc sakini girov götürüb

Prezident jurnalistin qətlindən danışdı
16.10.2018, 00:27

Prezident jurnalistin qətlindən danışdı

Bu ölkə Avroviziyadan imtina etdi
16.10.2018, 00:09

Bu ölkə Avroviziyadan imtina etdi

Bu vulkan kül püskürməyə başlayıb
15.10.2018, 23:51

Bu vulkan kül püskürməyə başlayıb

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər
15.10.2018, 23:42

Turistlər Azərbaycanda bank kartları ilə 1 milyard manat xərcləyiblər

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir
15.10.2018, 23:27

ABŞ Xarici işlər naziri Türkiyəyə gəlir

Azərbaycan nefti ucuzlaşıb
15.10.2018, 23:09

Azərbaycan nefti ucuzlaşıb

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu
15.10.2018, 22:53

Türkiyə polisi Səudiyyə Ərəbistanının konsulluğuna daxil oldu

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır
15.10.2018, 22:40

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Meyvezer Həbibin çağırışına cavab verdi
15.10.2018, 22:23

Meyvezer Həbibin çağırışına cavab verdi

ARXİV