17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi” - MÜSAHİBƏ
Mədət Quliyevin sinif yoldaşı: “Onun polis olması hamını təəccübləndirdi” - MÜSAHİBƏ
23.05.2018, 14:45

Modern.az xəbər verir ki, AzEdu.az saytının “Sinif yoldaşı” rubrikasının budəfəki müsahibi Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevin sinif yoldaşı Urfan Mehdiyevdir.

Urfan müəllim 1959-cu il, may ayının 2-də Gəncə şəhərində anadan olub. 1975-ci ildə Gəncədəki 1 saylı orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. Son bir neçə ili Moskva Dövlət Universitetində təhsil alıb, Moskvada Kurçatov İnstitutunda aspiranturanı bitirib. Sonra Aerokosmik Tədqiqatlar İnstitutunda şöbə müdiri kimi çalışıb. Elmlər namizədi olan U.Mehdiyev “Caspian Energy Engineering” şirkətinin təsisçisidir.

 

- Mədət Quliyevlə neçə il sinif yoldaşı olmusunuz?

 

- O vaxtlar təhsil onillik idi.  Səhv etmirəmsə, Mədət 10-cu sinifdən çıxıb, 8 saylı məktəbə getdi. Deyəsən, idmanla əlaqədar belə oldu. O məktəb bir qədər yaxın idi. Buna görə də bir il başqa məktəbdə oxudu. Amma 1-9-cu sinifləri Gəncədəki 1 saylı məktəbdə  birgə təhsil almışıq.

 

- Mədət Quliyevlə tanışlığınız necə oldu?

 

- Tanışlığımız demək olar ki, heç yadımda deyil. O vaxtlar mənim 6 yaşım var idi. Bütün şagirdlər necə tanış olub ünsiyyət qurursa, bizdə də elə oldu. Söhbət 1965-ci ildən gedir, illər ötüb. İlk ünsiyyətimizi detallı şəkildə xatırlamıram.

 

- Sinifdə ən yaxın dostu kim olub?

 

 

- O, elə hamı ilə dostluq edirdi. Mədət sinifdə lider idi. Sinif uşaqlarından çoxlu dostlarımız vardı: Şahin Culfayev, İlqar Məmmədov və digərləri. Mədət elə o vaxtdan liderlik bacarığına sahib olan çox aktiv insan idi.

Düzdür, biz aşağı sinifdə oxuyanda Mədət bir az sakit uşaq idi. Ümumiyyətlə, heç bir şeyi ilə seçilməyən şagird olub. Fiziki cəhətdən çox atletik bədənə malik olan biri də deyildi. Təxminən, 4-5-ci siniflərdən sonra idmanla aktiv şəkildə məşğul olmağa başladı. Sambo ilə məşğul olurdu. Sonradan onun fiziki inkişafı gücləndi. Yəni, o hər şeyi demək olar ki, öz xarakterinin hesabına əldə edib. 10 yaşlı uşaq öz qarşısına bir məqsəd qoydu və doğrudan da ona tez bir zamanda nail oldu.

 

- Bəs, bu məqsəd üçün istək onda hardan yarandı? Necə oldu ki, idmanla maraqlanmağa başladı?

 

- Onu dəqiq deyə bilmərəm. O vaxtlar “Dinamo” cəmiyyəti vardı. Bir də gözümüzü açıb gördük ki, Mədət o cəmiyyətlə aktiv məşqlər edir. Hətta biz də onun yolu ilə getdik. Ona baxıb idmanla məşğul olmağa başlamışdıq. Sadəcə, biz sambo yox, klassik güləşi seçdik. Orada o zamanlar yaxşı məşqçilər var idi. Yadımdadır, Səməd müəllim də onlardan biri idi. Bəlkə də Mədət elə onun təsiri altında aktiv şəkildə idmanla məşğul olmağa başladı. Daha sonra  məktəbi bitirib Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu. İdman ustasıdır.

 

- Mədət Quliyevin sambo ilə məşğul olduğunu qeyd etdiniz. Amma  karate sahəsində də xeyli uğurlar qazanıb. Necə oldu ki, istiqamətini birdən dəyişdi?

 

- O, konkret olaraq sambo ilə məşğul idi. Sadəcə, o zamanlar karate qaydadankənar idman növü hesab olunurdu. Hətta o, qadağan olunmuşdu. İndi heç kim deyə bilməz ki, mən o dövrdə sırf karate ilə məşğul olmuşam. Çünki o, həm bir az qorxulu idi, həm də  məşqçilər özləri də karate haqda danışa bilmirdilər. Amma yəqin ki, müəyyən qədər karate elementlərini də öyrədirdilər. Bu idman növü leqallaşandan sonra təbii ki, o cəmiyyətlər hamısı karateni təbliğ etməyə və onunla məşğul olmağa başladılar.

 

- Karate sırf təhlükəli hesab olunduğuna görə qadağan olunmuşdu?

 

- Mənə elə gəlir ki, bu, yalnız təhlükə yox, həm də ideologiya ilə əlaqədar idi. Sovet ideologiyasına uyğun deyildi. Hökumət rəhbərləri belə qərara gəlmişdilər ki, karate bizə lazım deyil. Ona görə bizdə demək olar ki, bu idman növü yox idi.

 

- Mədət Quliyev müxtəlif idman növləri ilə məşğul olub. Bunlar təbii ki, müəyyən fiziki güc tələb edirdi. Məktəb illərində yoldaşları ilə davası olub?

 

- Aşağı siniflər yadımda qalmayıb. Sonradan, yəni güləş texnikasına malik olandan sonra isə ola bilməzdi ki, küçədə kimləsə əlbəyaxaya olacaq səviyyəyə düşsün. Bunu etməyə ehtiyac da yox idi. Hər bir çıxılmaz vəziyyətdən yalnız sözlə çıxa biləcək biridir. Uşaq vaxtdan çox istiqanlı idi.

 

- Ailəsində idmanla maraqlanan başqa kimsə vardı?

 

- Qardaşı Moskvada oxuyurdu. Musiqiyə meyl etməsində müəyyən rolu olmuşdu. Amma ailəsində idman baxımından örnək olacaq biri yox idi. O, idmanı  deyəsən, elə özü “icad etmişdi”.

 

- Ailəsinin sosial  vəziyyəti necə idi?

 

- Normal. Adi Sovet ailəsində olduğunu kimi... Vəziyyətləri yaxşı idi. Geniş həyətləri vardı. Onların həyətində idmanla məşğul olurduq.

 

- Adətən, məktəb illərində hamını xüsusi ləqəbi ilə çağırırlar. Mədət müəllimə necə müraciət edirdiz?

 

- Biz ona “Mayko” deyərdik.

 

- Dərslərinə necə yanaşırdı?

 

- Yaxşı yanaşırdı. Mədət öz üzərində çalışan şagird olub. Musiqiyə çox marağı var idi. Gitara çalırdı. Hətta o vaxtlar sinif şagirdlərindən ibarət bir musiqi qrupu yaratmışdı. Bəlkə də qardaşının təsiri altında musiqiyə meyillənmişdi. Qardaşı səhv etmirəmsə, Moskvada Aviasiya İnstitutunda oxuyurdu. Ora, çox mütərəqqi institut  idi. Ona görə də onun təsiri altında gitarada ifa etməyə başladı. Yəni həm idman, həm musiqi, həm də dərsləri ilə məşğul olur, daim öz üzərində çalışırdı.

 

- Musiqidən başqa hansı xüsusi istedadının şahidi olmusunuz?

 

- Ümumiyyətlə, musiqi, idman və məktəb dərsləri ilə məşğul olmaq çox vaxt aparır. Məncə, başqa nə iləsə məşğul olmağa vaxt çatdırmaq fiziki olaraq mümkün deyil.

 

- Çətinlik çəkdiyi fənn hansı idi?

 

- Demək olar ki, çətinlik çəkdiyi fənn olmayıb. Hamısından normal, yaxşı qiymətlər alırdı.

 

- Bəs, ən sevdiyi fənn necə?

 

- Mədət tarixlə daha yaxşı məşğul olurdu. Çünki gəlib bizə maraqlı tarixi əhvalatlar danışardı. Tarixi faktları maraqlanıb tapırdı.

 

- Yəqin, məktəb illərində hansısa müəllimlə mübahisəsi olduğu və ya hər hansı haqsızlıqla üzləşdiyi vaxt olub...

 

- Xeyr, Mədət ümumiyyətlə,  intelligent  şagird olub. Elə bugünkü kimi! Mədətin indiki halı uşaqlığımızda olan adamın davamıdır. Onda hansısa kobudluq belə yox idi. Yuxarı siniflərdə artıq müəyyən nailiyyətlərə sahib idmançı  idi. Sambo ilə məşğul olurdu. Amma heç vaxt özünü küçə dalaşması səviyyəsinə salmaz, yersiz mübahisə etməzdi. Sakit, təmkinlə çox sadə şəkildə bütün məsələləri həll edər,  heç bir problemi böyütməzdi.

 

- Dərslərinə çox yaxşı yanaşdığını dediniz. Heç dərsdən qaçdığınız vaxt olmayıb?

 

- Məktəb vaxtı dərsdən hamı qaçır. İndi konkret deyə bilmərəm ki, Mədət filan vaxt filan dərsdən qaçıb. Amma mən bilirəm ki, o, heç kəsdən nə iləsə fərqlənən biri olmayıb. Həm dərsə gəlir, həm də idman və musiqi ilə məşğul olurdu. Təbii ki, hamımız dərsdən qaçmışıq. Uşaqlıqdı da... Xüsusilə də Gəncə şəraitində..

 

- Onunla ən yaddaqalan xatirəniz hansıdır?

 

- Mədət məktəbdən sonra idman yolunu seçib indiki Bədən Tərbiyəsi və İdman Akademiyasına, mən isə fizika fakültəsinə qəbul olundum. Tələbəlikdə siqaret çəkməyə başladım. İndiyədək yadımdadır, 1994-cü ilin aprel ayı idi. Mədətin maşını ilə  Bakıya gedirdik. O vaxtlar Gəncədə işləyirdi. Mən siqaret çəkmək istədim. Mədət dedi ki, “bu nədir çəkirsən?! Tulla onu!” Mən əlimdə çəkdiyim siqareti əzdim. O dedi ki, “yox, bütün qutunu əz”. Cavab verdim ki, “axı, bu bahalı siqaretdir”. O zamanlar “Marlboro” çox baha idi. Çox israr etdi.  Cavab verdim ki, “yaxşı, sənin xətrinə edərəm”. Mədət bir də çəkməyəcəyim haqda söz verməyimi istədi. Mən də and içdim. Bu söhbət 1994-cü ildə olub. İyirmi dörd ildən çoxdur ki, siqaret çəkmirəm. Mənə bu zərərli vərdişimi tərgitdiyinə görə Mədətə minnətdaram. Bunu qohum, dost, tanış-hamıya danışır, kimsə siqareti tərgidə bilməyəndə mənim bir sözlə ondan imtina etdiyimi xatırladıram.

Çox xatirələrimiz var. Amma yada sala bilmirəm. Məktəb illərindən o qədər vaxt keçib ki... Yadımdadır, mən Moskvada aspirantura oxuyanda Mədət tez-tez yanıma gəlirdi. Gedib gəzər, xizək sürərdik.

1972-ci ildə  “Dinamo”ya gedirdik. Onlar sambo, biz isə klassik güləşlə məşğul olurduq. Bizdən sonra onların növbəsi başlayırdı. Bir dəfə mən idmanla məşğul olanda hərəkətləri düzgün etmədim və ayağım sındı. Sümüklərimin ikisi də qırılmışdı. Oturmuşdum, ayağımın ucu tərpənirdi. Sındığı bəlli idi. Mədət gəldi ki, sənə nə olub? “Darıxma, yaxşı olar. Yenə idmana başlayacaqsan”- deyib təsəlli edirdi. Amma təəssüflər olsun ki, bu zədə bir qədər problemli oldu və bundan sonra mən idmanla vidalaşmalı oldum. Hələ də üzgüçülük, velosipedlə məşğulam. Amma bu zədə məni peşəkar idmandan uzaqlaşdırdı.

 

- Adətən, uşaqlıqdan başlanan dostluqlar daha möhkəm olur. Onunla aranızda hansısa inciklik olub?

 

- Təbii ki, nələrsə olub. Sadəcə, indi yadımda deyil. Üstündən otuz il keçib. Həm də o, uşaqlıq dövrü idi. Uşaqlıqda adam bir gündə bir neçə dəfə küsüb-barışır.

 

- Bir dost kimi nə vaxtsa ona səhvini dediyiniz, tənqid etdiyiniz vaxt olub?

 

- Ümumiyyətlə, Mədət bir şəxsiyyət kimi həmişə lider olub. Elə bir situasiya olmayıb. Məsələn, mən görməmişəm, kimsə desin ki, Mədət bunu düz etməyib. Təbii ki, uşaqlıq illərində hansısa uşağın nəsə xoşuna gəlməyə bilər, amma bu hallar da az olub. Mədət çox cəzbedici insan olub. Hamı onunla ünsiyyətdə olmaq istəyirdi. Daxilən çox güclü və maraqlı insandır. Onun obrazlı fikir yürütmə qabiliyyəti güclü idi. Mədət hansısa hadisəyə elə qeyri-standart düşüncə ilə yanaşa bilər, adam fikirləşər ki, bu niyə mənim ağlıma gəlməyib?! Həmin daxili güc onda uşaqlıqdan hiss olunurdu.

 

- Onda sizi  cəlb edən əsas xarakter nə idi?

 

- Həm fərqli düşünməsi, həm də səmimiliyi məni cəlb edirdi. Mədət doğrudan da çox səmimi insan idi. Adətən, insanların soyuqlaşması hansısa kobud hərəkətdən başlayır. Mədətdə belə bir şey yoxdur. Zarafatı sevən, dərin yumora sahib biridir. Onunla eyni məclisdə oturmaq, bir yerdə olmaq həqiqətən çox maraqlı olur.

 

- Çətinliyə düşüb bir-birinizdən kömək istədiyiniz vaxtlar olub?

 

- Son vaxtları deyə bilmərəm. Yadımdadır ki, 1990-cı illərin əvvəlləri idi. Gəncəyə gedirdim. Gedib benzin tapa bilmədim. Uşaqlar da balaca... Qayıtmaq lazım idi. Maşın da benzinsiz işləmədiyinə görə yolda qalmışdım. Getdim ki, “Mədət, mənə kömək et, Gəncədə qalmışam”. Dedi ki, “qal burada, nə var axı Bakıda?” Sağolsun, uşaqları çağırdı. Mənə kömək etdi, güclə Bakıya gələ bildim.

 

- Son zənginizi necə xatırlayırsız?

 

- Son zəngi o qədər də xatırlamıram. Bircə o yadımdadır ki, çox səs-küylü qeyd etmişdik. Amma heç bir təfərrüat yadımda qalmayıb.

 

- Deyilənə görə, o illərdə bayramlar, əlamətdar günlər daha təmtəraqlı keçirilib. Bununla bağlı hansı xatirələriniz var?

 

- Yadımdadır, bayramlarda tez-tez Mədətgilin evinə gedirdik. Bağman qəsəbəsində böyük evləri var idi. Tez-tez ora gedər oturardıq. Mədət gitara çalar, biz də qulaq asardıq. Ən aktiv iştirak etdiyimiz, yaddaqalan məclislərimiz elə onların həmin evində olub.

 

- Məktəb illərində öz gələcəyini necə görürdü?

 

- Məncə, o, yaxın gələcəyini idmanla əlaqələndirmişdi. Özü də bilirdi ki, idmanda uğur qazana bilər. Sonradan Daxili İşlər Nazirliyində qulluğa girdi. Yəqin, onda polis peşəsinə sahib olmaq istəyi sonradan başladı. Amma əvvəldən hamı onu idmançı kimi görürdü. Məşqçi kimi çıxış edir, özünün də tələbələri var idi. “Dinamo”da həm məşqçi kimi çalışır, həm də özü məşqlər edirdi.

 

- Bədii ədəbiyyata marağı necə idi?

 

- Çoxlu bədii ədəbiyyat oxuyurdu.

 

- Ən sevdiyi janr, yazar kim idi?

 

- O vaxtlar janrlar, detektiv və digərləri kimi anlayışlar çox yayılmamışdı. Daha çox klassikanı oxuyurdu. Fransız, rus klassiklərinə üstünlük verər, əlinə düşəni mütaliə edərdi. Özünü hərtərəfli inkişaf etdirən bir şagird idi. Sinifdən kənar ədəbiyyat oxuyur, dərsləri ilə, idman və musiqi ilə məşğul olurdu. Musiqi tarixini çox oxuyurdu. O vaxtlar Battles qruplarını mənim üçün Mədət açmışdı. Məni rokla o tanış etdi. O, gedib yeni nəsə “icad edir”, sonra onu bizə çatdırırdı. Həm idman, həm musiqi, həm də tarixdən maraqlı nələrsə tapıb bizi onlarla tanış edirdi.

 

- İlk dəfə çempion olmasını necə xatırlayırsız? Bu xəbəri necə aldız?

 

- Eşidib çox şad oldum; bircə, bu yadımdadır...

 

- Sizə özü bildirdi?

 

- Xeyr. Haradansa eşitdim. Dəqiq yadımda deyil. Gəncə balaca şəhərdir. O vaxtlar kimsə uğur qazansa hamı bilirdi. Biz də hamımız beləcə eşidib, onu təbrik etdik. Sevinirdik ki, bizim qardaşımız belə uğur qazanıb.

 

- Sinif yoldaşları ilə münasibətinin çox yaxşı olduğunu bildirdiniz. Respublika çempionu olmaq onlarla arasında soyuqluq yaratmadı ki?

 

- Mədət həm də cüdo üzrə SSRİ yığma komandasının üzvü olub.  Tez- tez  yarışlarda iştirak edirdi. Biz Moskvada olanda demək olar ki, hər ay ora gəlirdi. Çünki digər xarici ölkələrə Moskvadan gedirdilər. Yarış müddətində bir neçə gün Moskvada qalır, mənimlə də görüşərdi. Amma bunlar heç biri onun bizdən uzaqlaşmasına səbəb olmayıb.

 

- Bizə Mədət Quliyevin idman uğurları ilə bağlı o qədər də işıqlandırılmayan, bilmədiyimiz daha hansı faktları çatdıra bilərsiz?

 

- Bir neçə dəfə Azərbaycan çempionu olub. SSRİ-nin cüdo üzrə yığma komandasının üzvü idi. Xaricə çoxsaylı səfərlər edirdi. İndi hər şeyi media işıqlandırır, yəqin ki, hamısı mətbuatda yazılıb. Azərbaycan çempionu olmaq elə bir şeydir ki, bunun  yayımlanmaması mümkün deyil. Bunlar ictimaiyyətə məlumdur.

 

- Onun bu uğurları əldə etməsinə əsas nə səbəb oldu? Məhz liderlik bacarığı?

 

- Birincisi istedad, ikincisi isə xarakter. Bir də ağır zəhmət... Yadımdadır ki, biz gedib haradasa otururduqO, bir stəkan çaydan artıq heç nə içmirdi. Ümumiyyətlə, mən deyərdim ki, idman çox böyük zülümdür. Adam gərək özünü çox şeydən məhrum etsin. Ancaq biristiqamətli hərəkət etmək lazımdır. Nailiyyət, vəssalam. Yemək, içmək istəklərini boğmağı bacarmalısan. Yadımdadır, o, institutda oxuyanda iki-üç dəfə “trilovka” edirdi. Buna hər adamın fiziki gücü çatmaz.

 

- Liderlik qabiliyyəti özünü nədə göstərirdi?

 

-Bir çox məktəb tədbirlərində də təşkilatçı olurdu. Uşaqları idmana cəlb edirdi. Çox iradəli idi; özünü müəyyən şeylərdən  məhrum etməyi, nailiyyətə gəlib çatmağı  bacarırdı.

 

- Onunla hələ də əlaqəniz qalıb?

 

- Bəli, görüşürük. Hərdən bir yerdə velosiped sürürük.

Penitensiar xidmətdə işləyən zaman velosipedçilər qrupu yaratmışdı. İndi də Dövlət Təhlükəsizlik Xidmətinin böyük birliyi var.  Bazar günləri tur təşkil edir, mərkəzdən aeroportacan gedib qayıdırlar. Bu, Mədətin fəaliyyətidir. Həmin camaat onun başına yığışır. Hamısının yaxşı velosipedləri var. Mən də velosiped sürürəm, amma bizim başqa qrupumuz var. Hərdən hansısa tur olanda biz də onlara qoşuluruq.

 

- Sonuncu dəfə nə vaxt görüşmüsüz? Bu görüşü necə xatırlayırsız?

 

- Sonuncu dəfə elə dünən görüşdük. Bir hüzr var idi, orada rastlaşdıq.

 

- Mədət Quliyevin evində qonaq olmusuz?

 

- Xeyr, son vaxtlar qonaqları olmamışam.

 

- Digər sinif yoldaşları ilə də indi əlaqəsi qalıb?

 

- 2-3 nəfərlə əlaqəmiz var.

 

- Müəllimlərinizlə necə?

 

- Məktəbimizin direktoru vardı, Müsrəddin müəllim, 90-dan çox yaşı olardı. 3-4 il əvvəl Mədətin atası rəhmətə getdi. Biz də hüzr yerində idik. Mən heç gözləməzdim ki, Müsrəddin müəllim oraya gəlsin. Təsəvvür edin, o yaşında hüzürə gəlmişdi. Müəllimlərimizin əksəriyyəti dünyasını dəyişib. Artıq o illərdən 40 ildən çox vaxt keçib...

 

- Son olaraq, Mədət Quliyevə nə arzu edərdiniz?

 

- Can sağlığı. Ağır və çətin işində müvəffəqiyyətlər...

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
17.10.2018, 01:01

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

İşğal altındakı yurd yerlərimiz: Höçaz abidələri - Fotolar
17.10.2018, 00:43

İşğal altındakı yurd yerlərimiz: Höçaz abidələri - Fotolar

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək
17.10.2018, 00:22

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin
17.10.2018, 00:10

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
16.10.2018, 23:57

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi

Mingəçevirli gənc bıçaqlandı
16.10.2018, 23:34

Mingəçevirli gənc bıçaqlandı

Azərbaycan nefti ucuzlaşdı
16.10.2018, 23:23

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib
16.10.2018, 23:08

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

İranın neft ixracı kəskin azalıb
16.10.2018, 22:53

İranın neft ixracı kəskin azalıb

Sarkisyan hökumətin istefasını qəbul etdi
16.10.2018, 22:40

Sarkisyan hökumətin istefasını qəbul etdi

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq
16.10.2018, 22:21

Gürcüstanda prezidentlik uğrunda 25 namizəd mübarizə aparacaq

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN
16.10.2018, 22:04

“Camal Kaşıkçı öldürülüb və parçalara ayrılıb” - CNN

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib
16.10.2018, 21:52

Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin bərpasının 27 illiyi qeyd edilib

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb
16.10.2018, 21:41

Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunkturasına qəbul başlayıb

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!
16.10.2018, 21:31

ABŞ-da təhsil almaq istəyənlərin NƏZƏRİNƏ!

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi
16.10.2018, 21:14

“Azərbaycanlı qızları müdafiə edin!” adlı aksiya keçirildi

4 universitetdə FETÖ əməliyyatı
16.10.2018, 20:57

4 universitetdə FETÖ əməliyyatı

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib
16.10.2018, 20:44

Elektron növbə sistemi layihəsinin təqdimatı keçirilib

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü
16.10.2018, 20:27

Ukraynada təyyarə qəzası: 2 əsgər öldü

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb
16.10.2018, 20:14

Əhalinin banklarda əmanəti 8 milyard manatı ötüb

Nikol Paşinyan istefa verdi
16.10.2018, 20:09

Nikol Paşinyan istefa verdi

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM
16.10.2018, 20:00

Prezident Xanlar Vəliyevin oğluna yüksək vəzifə verdi - SƏRƏNCAM

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 19:41

Üç nəfərə “Əməkdar artist” fəxri adı verildi

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb
16.10.2018, 19:32

DTX-nın rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI
16.10.2018, 19:23

Dövlət büdcəsinin gəlir və xərcləri AÇIQLANDI

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA
16.10.2018, 19:14

Badamdarda xırda uçqunlar və torpaq qopmaları baş verir - Qərargahdan AÇIQLAMA

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB
16.10.2018, 19:05

Nazirlikdən narazı şəhid ailələrinin birdəfəlik ödəmə ilə bağlı iddialarına CAVAB

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR
16.10.2018, 18:56

Mingəçevir Dövlət Dram Teatrının əməkdaşları təltif edilib - ADLAR

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI
16.10.2018, 18:46

Dövlət başçısı onları mükafatlandırdı - SİYAHI

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi
16.10.2018, 18:35

Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verildi

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 
16.10.2018, 18:31

Prezident Sumqayıt Dövlət Dram Teatrının əməkdaşlarını təltif etdi - SİYAHI 

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi
16.10.2018, 18:23

Azərbaycanın Poltava şəhərində fəxri konsulu təyin edildi

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM
16.10.2018, 18:21

Azərbaycanın Mərakeşdəki səfiri dəyişdirildi - SƏRƏNCAM

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR   
16.10.2018, 18:16

Azərbaycanın Avropa Şurası və NATO yanında yeni nümayəndələri təyin edildi - ADLAR  

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO
16.10.2018, 18:07

Heydər Əliyev Fondu Sankt-Peterburqdakı Nizami bağında bərpa işləri aparıb - FOTO

Prezident büdcədən 15,1 milyon manat ayırdı
16.10.2018, 17:50

Prezident büdcədən 15,1 milyon manat ayırdı

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO
16.10.2018, 17:40

QHT Şurasının 10 illiyi ilə bağlı ictimai müzakirə keçirilib - FOTO

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı   
16.10.2018, 17:34

Deputat Adil Əliyev Avropada mükafatlandırıldı  

Komitə sədrləri Çinə gedirlər
16.10.2018, 17:29

Komitə sədrləri Çinə gedirlər

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək
16.10.2018, 17:27

Bakcell 400-ə yaxın yeni 4G (LTE) baza stansiyası istifadəyə verəcək

Etimad Əsədov dəfn olundu - FOTOLAR
16.10.2018, 17:20

Etimad Əsədov dəfn olundu - FOTOLAR

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ
16.10.2018, 17:10

ABŞ-ın Yerevandakı səfiri Azərbaycan ərazilərinin işğal oluduğunu ETİRAF ETDİ

Bu günədək 126 min tondan çox pambıq yığılıb
16.10.2018, 17:03

Bu günədək 126 min tondan çox pambıq yığılıb

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.10.2018, 17:01

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu
16.10.2018, 16:49

Bağça müdirinə cinayət işi açıldı - Müavini həbs olundu

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT    
16.10.2018, 16:43

Eldar Əzizovdan Bakı Meriyasının Mətbuat xidmətinə yeni TƏYİNAT  

169 əcnəbi saxlanıldı 
16.10.2018, 16:40

169 əcnəbi saxlanıldı 

ADU-da konsert keçirilib - FOTO
16.10.2018, 16:34

ADU-da konsert keçirilib - FOTO

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
16.10.2018, 16:27

Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

“Formula-1”in biletləri satışa çıxarıldı
16.10.2018, 15:55

“Formula-1”in biletləri satışa çıxarıldı

ARXİV