Modern.az

Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”

Bizi dözülməz istilər gözləyir - Nazirlik rəsmisi: “Yüksək temperatur proqnozlaşdırırıq”

Ölkə

23 May 2018, 14:49

Qarşıdakı yay mövsümündə havanın temperaturunun əvvəlki illərdəkindən daha yüksək olacağı, Azərbaycanda anomal istilərin müşahidə ediləcəyi bildirilir. Buna əsas kimi, mayın əvvəlində Rusiyanın mərkəzində may ayı üçün xarakterik olmayan 28-30 dərəcəyədək istilərin müşahidə edilməsi göstərilir.


Ekologiya və Təbii Sərvtlər Nazirliyinin (ESTN) Hidrometrolji proqnozlar bürosunun direktoru Gülşad Məmmədovanın Modern.az-a verdiyi məlumata görə, hazırda Azərbaycanda müşahidə edilən hava şəraiti may ayına uyğundur:


“Əvvəlki illərdə mayda Bakıda və Abşeron yarımadasında 35 dərəcəyədək isti müşahidə edilib. Bu, rekord göstərici idi. Hazırda mayın üçüncü 10 günlüyündəyik, hələ ki, rekord göstəricilər qeydə alınmayıb. Temperatur paytaxtda 28-30, 32-33 dərəcəyədək müşahidə olunub. Ümumiyyətlə, bildiyiniz kimi, yayın ən isti günləri həmişə iyul, avqust aylarına təsadüf edib. Cənub-qərbdən hərəkət edən isti hava kütlələrinin təsiri, eləcə də hava şəraitinin sabitləşməsi, günəş şüalarının düşmə bucağının artması temperaturun yüksəlməsinə şərait yaradır.

Əvvəlki illərdə temperatur  iyul, avqust aylarında paytaxtda 40-42, bölgələrdə , xüsusilə Naxçıvan Muxtar Respublikasında 46 dərəcəyədək yüksəlib”.

 

Nazirlik rəsmisi bildirib ki, ilkin məlumatalara əsasən, bu il də 46 dərəcəyədək istilərin olacağı proqnozlaşdırılır:

“Xüsusilə iyul və avqust aylarında temperaturun yüksək olacağı gözlənilir”.

 

Rekord göstəricilərə gəldikdə, G.Məmmədova bildirib ki, bunu indidən söyləmək mümkün deyil:

“Amma temperaturun yüksək olacağını proqnozlaşdırırıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!