Modern.az

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO

23 May 2018, 16:02

“Gələn ay əkizlərin bir yaşı tamam olacaq. Şükürlər olsun ki, uşaqlar sağlamdır”. Bunu Modern.az-a açıqlamasında 2017-ci ilin fevralında Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçimiz Şahlar Nəzərovun atası əkiz nəvələrindən danışarkən deyib.

 

Şəhid atası uşaqların onu “dədə” çağırdıqlarını söyləyib.

“Atalarının şəklini göstərəndə əkizlər reaksiya verir. Ancaq ata kəlməsini dillərinə gətirmirlər. Eləcə, məni “dədə” deyərək çağırırlar. Elə bil, atalarının şəhid olduqlarını bilirlər. Uşaqlar ata kəlməsini heç dillərinə gətirməyiblər. Onu da deyim ki, nəvələrimin “ata” sözünü demələrinə dözə bilmərəm. Sözlə ifadə etmək belə çətindir”.


Qeyd edək ki, baş leytenant Şahlar Nəzərov 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya göz açıb. Hərbçimiz şəhid olmazdan 5 ay öncə ailə həyatı qurmuşdu. Şəhidimiz, elə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir