Modern.az

10-cu siniflər üzrə sınaq imtahanının nəticələri açıqlandı

10-cu siniflər üzrə sınaq imtahanının nəticələri açıqlandı

Aktual

23 May 2018, 16:34

Yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) yeni təhsil proqramları (kurikulumlar) üzrə 10-cu sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanının nəticələrini mayın 23-də saat 16:20-dən etibarən elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a məlumat verilib.

Bildirilib ki, mayın 6-da keçirilən sınaq imtahanında iştirak etmiş şəxslər DİM-in internet saytında //www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=83  keçidinə daxil olaraq, iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Şagirdlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 11827 şagirddən 90 nəfəri imtahana gəlməyib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı