Modern.az

Unay Emeri "Arsenal"ın baş məşqçisi olacaq

Unay Emeri

Aktual

23 May 2018, 17:37

İngiltərənin "Arsenal" klubunun yeni baş məşqçisi Unay Emeri öz Tviter hesabında artıq klubda işə başladığını təsdiqləyən post paylaşıb.

 

46 yaşlı baş məşqçi Fransanın "PSJ" klubunu ölkə çempionu etdikdən sonra komandaya qoşuldu. Fransızlarla  bir mövsüm ərzində 4 dəfə müxtəlif ölkə kuboklarının sahibi olan, bundan başqa "Sevilya" klubu ilə də 2014, 2015, 2016-cı illərdə UEFA Avropa Liqasının qalibi olan baş məşqçi "Topçu"ların 22 illik baş məşqçisi Arsen Vengeri əvəzləyəcək.

 

Unay Emeri öz açıqlamasında: "Mənə verilmiş bu məsuliyyətli işə görə çox həyacanlıyam. "Arsenal" tarixində yeni bir səhifənin başlanılması çox vacib bir addımdır."

Qeyd edək ki, 68 yaşlı baş məşqçi Arsen Venger "Arsenal" klubuna 22 il ərzində 3 Premyer liqa, 7 dəfə FA kuboku çempionluğunu qazandırıb.

 

Azad Nuriyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi