Modern.az

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

ABŞ ordusunun təyyarəsi qəzaya uğrayıb

23 May 2018, 21:17

ABŞ-ın Missisipi ştatında ABŞ hərbi hava qüvvələrinin T-38C “Telon” modelindən olan təlim təyyarəsi qəzaya uğrayıb.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə  “Kolumbus” aviabazası yaxınlığında yerə çırpılıb.

Hər iki pilot vaxtında katapult edərək xilas olub. Bununla belə bədən xəsarətləri alan pilotlar xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!