Modern.az

Sabah bu ölkədə nüvə poliqonu söküləcək

Sabah bu ölkədə nüvə poliqonu söküləcək

23 May 2018, 22:28

Hava şəraiti əlverişli olsa, Şimali Koreyanın “Punqeri” nüvə poliqonu mayın 24-də söküləcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR hökumətindən bildiriblər.

 

Poliqonun bağlanma mərasimini işıqlandırmaq üçün Şimali Koreyaya gələn xarici jurnalistlər qatarla Vonsan şəhərindən çıxaraq poliqona tərəf yollanıb.

 

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandığını elan edib. Bir müddət əvvəl isə Pxenyan may ayının sonlarında “Punqeri” nüvə poliqonunun işinə xitam verəcəyini, nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözü qarşısında partladılacağını bildirmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir