Modern.az

ABŞ-da məhkəmə Trampa "Twitter"də onu tənqid edənləri bloklamağı qadağan edib

ABŞ-da məhkəmə Trampa

Aktual

24 May 2018, 00:00

ABŞ-da məhkəmə prezident Donald Trampa "Twitter"də onu tənqid edən abunəçiləri bloklamağı qadağan edib.

Modern.az  xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bununla bağlı iddia məhkəmədə hələ 2017-ci ildə Trampın blokladığı 7 nəfər tərəfindən qaldırılıb. İddiaçıların fikrincə, mikrobloq ictimai mübahisə və diskussiyalar meydanına xidmət etməlidir. Fərqli baxışlar isə istənilməyən istifadəçilər tərəfindən bloka atılmağa səbəb olmamalıdır.

İşə baxan hakim vurğulayıb ki, həmin vəzifəli şəxsin hətta ABŞ prezidenti olması da vəziyyəti dəyişmir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı