19 avqust 2018, Bazar
Ana Səhifə - MÜSAHİBƏ - Türkiyədəki azərbaycanlıların Fuad Muradovdan böyük gözləntiləri var - MÜSAHİBƏ
Türkiyədəki azərbaycanlıların Fuad Muradovdan böyük gözləntiləri var - MÜSAHİBƏ
24.05.2018, 04:00

Türkiyə parlamentinə gedən yolda önü kəsilən azərbaycanlı danışdı: “Bizlərə qarşı olan tərəddüdlü münasibəti qıra bilmədik”

Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərində Böyük Millət Məclisinə düşmək üçün namizədliyə iddiaçı olan azərbaycanlı Samir İsgəndər uğur qazana bilməyib. Həmyerlimiz Ankaradan hakim Ədalət və İnkişaf Partiyasının namizədliyə namizədi olub.

S.İsgəndərlə nə üçün namizəd ola bilməməsindən danışdıq, eləcə də, bir gündə keçiriləcək iki mühüm seçkidə təmsilçisi olduğu partiyanın və müxalifət düşərgəsinin şanslarını dəyərləndirdik.

 

- Samir bəy, ölkənizdə sizin namizədliyiniz maraqla izləyirdi. Təəssüf ki, alınmadı. Nə üçün namizəd ola bilmədiniz? Rəqiblər çox güclü idi?

 

– Öncəliklə bu sürəcdə mənə dəstək verən hər kəsə, özəlliklə də başda Fuad Muradov və Türkiyədəki səfirimiz Xəzər İbrahimov olmaqla, bütün hər kəsə təşəkkür etmək istəyirəm. İnşallah, bir sonrakında alınar deyə ümid edək. Nə üçün ola bilmədim sualınıza en doğru cavab budur, təəssüflər olsun ki, bizlərə qarşı olan tərəddüdlü münasibəti qıra bilmədik cavabı ən doğrusu olardı. Əslində güclü bunlar olar dediyimiz insanların heç biri siyahıda olmadı.

 

- Qardaş ölkədə iddianızın həyata keçməməsi hansı hisslər yaratdı? Namizəd olsaydınız qalib gəlmə imkanlarınız yüksək idi?

 

- Ən başda daha çox çalışmaq gərəkdiyini göstərdi və bir az da Türkiyənin özündən, Azərbaycanla bərabər Rusiya, Qazaxıstan, Özbəkistan və.s digər ölkələrdən dəstəkləri görməm və hiss etməm qürurla bərabər sevinc hissi də yaratdı. Əgər 5,6,7-ci sıraların birindən namizəd göstərilsəydim, qalib olardım. Namizədlikdə göstərildiyin sıra çox önəmlidir. 7 və ya ən pis halda 8-ci sıranı gözləyirdik, amma olmadı. Demək ki, qismət deyilmiş.

 

- Gələcək siyasi planlarınız nədir? Növbəti seçimlərdə yenə də namizədliyinizi verəcəksiniz?

 

- Bəli, burada siyasi planlarım və siyasət həyatım əslində dəyişməyə doğru yeni başladı və bu ilk ciddi addımımız oldu. Yolumuza başladığımız AK Partiya ilə davam edəcəyik. Növbəti seçimlərə daha ciddi hazırlaşacağıq. Bu seçimlərə bir növ hər kəs kimi hazırlıqsız girdik. İnşallah daha güclü bir şəkildə növbəti seçimləri qazanacağımıza inanıram. Həmçinin, inanıram ki, növbəti seçimlərdə en az 3-4 nəfər olacağıq.

31822988_474491736317549_7567063756518195200_n.jpg (77 KB)

 

- Heç şübhəsiz ki, Azərbaycanın ucqar rayonlarından biri olan Gədəbəydə doğulub, Türkiyə parlamentinə iddiaçı olmağa qədər irəliləmək böyük bir uğurdur. Bu nəticəni necə qazanmısınız? Siyasətə atıldığınız ilk anlardan bu günə qədər gəldiyiniz yolu necə qət etmisiniz?

 

- Həyatda hər şey öncə xəyal qurmaqla başlayar. Daha sonra isə bu xəyallara doğru risklər alaraq, qarşına çıxan zorluqlara rəğmən çox çalışmaqla başlar. Ən böyük maneələrdən biri də ilk gündən bu günə qədər bizlərə qarşı formalaşan şübhəli yanaşmalar oldu və olmağa da davam edir. Zorluqlarla dolu olmasına rəğmən inancımı itirməyərək, böyük bir yol qət edərək, çox şükür ki, bu günlərə qədər gəlib çıxa bildik.

 

- Namizəd ola bilməsəniz də, Türkiyədəki prezident və parlament seçkiləri ilə bağlı gedən prosesləri necə dəyərləndirərdiniz? Bu sualın cavabını AKP-çi kimi deyil, Türkiyədə yaşayan və prosesləri öz gözü ilə görüb, obyektiv qiymətləndirən azərbaycanlı kimi istəyirik...

 

- Hazırda Türkiyədəki proseslər çox qəlizdir. Demək olar ki, heç də yaxşı istiqamətə getmir. Xarici qüvvələrin Türkiyə üzərində planladığı o qədər çox oyun var ki... Xainlər iş başındadır, açıqdan və gizlidən güclü bir iş gedir. Amma inanıram ki, Rəcəb Tayyib Ərdoğan ən başda Allahın yardımı ilə bu günə qədər olduğu kimi, bütün oyunları pozacaq və prezident seçkilərində ilk turda bu işi bitirərək açıq bir fərqlə qalib gələcək. Bunun əsas səbəblərindən biri də, prezidentliyə namizədlərin heç birinin əslində ciddi rəqib sayılmaması ilə bərabər, müxaliflərin öz aralarındakı anlaşılmamazlıqları və hörmətsizlikləri də göstərmək olar. Təəssüf ki, parlament seçkiləri ilə bağlı eyni şeyləri demək bir az çətindir. Prezident seçkilərində birləşə bilməyən müxalifət parlament seçkilərində birləşdi. Parlament seçkilərinin taleyini 1 aylıq seçki prosesləri müəyyən edəcək. Amma bu parlament seçkilərində AKP bütün gücünü ortaya qoyub.

 

- Təmsilçisi olduğunuz hakim partiyanın hər iki seçkini qazanmaq imkanları böyükdür? Əgər bir seçkini AKP qazanarsa, uduzacağı seçki hansı olacaq? Ən əsası, partiyanızın hökuməti təkbaşına formalaşdırmaq imkanları nə qədərdir?

32416444_478892839210772_2606829713112432640_o.jpg (81 KB)


- Hər iki seçkini qazanmaq imkanı böyük olsa da, parlament seçkilərinin bir az riskləri mənə görə vardır. Çünki çox insan var ki, prezident seçkilərində qərarları qəti olsa da, parlamentdə tərəddüd içərisindədilər. Ona uduzmaq deməyək. AKP-nin hədəflədiyi səsi parlament seçkilərində ala bilməmə ehtimalı az da olsa var. Prezident seçkilərində böyük fərqlə səs alınma səbəbi də xalqın Ərdoğana olan sevgisidir. Yeni sistemlə hökuməti prezident təkbaşına formalaşdıracaq. Köhnə sistemdə bütün nazirlər yalnızca millət vəkillərindən seçilərək təyin edilirdi, amma yeni sistemdə elə deyil, birbaşa nazirləri prezident özü xaricdən yeni millət vəkili olmayanlardan təyin edir. Parlamentdə tərəflərdən birinin 300 millət vəkilini almaması durumunda yenidən qısa zamanda bir daha millət vəkili seçkiləri gözləmək olar. İnanıram ki, AK Parti hər iki seçkiləri də qazanacaq. 

 

- Günlər öncə keçirilən sorğuda prezident seçkilərində ikinci tur olacağı ehtimalları böyük göründü. Təkcə CHP namizədi Məhərrəm İncə və İyi Partiyanın namizədi Meral Akşenerin toplam səsi hazırkı prezidentdən bir faiz yüksək oldu. İkinci tur olarsa hansı namizədin qələbə imkanlarını yüksək görürsünüz? Ərdoğan uduzarsa Akşenərə yoxsa İncəyə uduzacaq, yəni müxalif namizədlərdən İncə yoxsa Akşener ikinci yeri tutacaq?

 

- Açığı, mən o tip sorğuların səmimiyyətinə inanmıram. Həqiqətən də Türkiyə xalqı Ərdoğanı çox sevir. Bunun səbəblərindn biri də, daim xalqdan biri olması oldu. Mənə görə bu və ya digər səbəblərdən dolayı Ərdoğan seçkiləri ilk turda qazanacaq. Dediyiniz ikinci tur ehtimalı belə məncə yoxdur, o zaman qarşıda kimin, hansı namizədin olmasından asılı olmayaraq, Ərdoğan qazanacaq. Çünki Türkiyə insanı artıq nəyin nə olduğunu çox gözəl bilir, anlayır.  

 

- Prezidentliyi Ərdoğan qazanarsa, parlamenti uduzarsa, Türkiyəni nələr gözləyir?

 

- Prezidentliyi Rəcəb Tayyib Ərdoğan qazanarsa və dediyiniz kimi parlamenti uduzarsa, ilk öncə qardaş ölkəni qalmaqallarla dolu bir sürəc gözləyir. Bunun ardından da Türkiyəni 2019-cu il də yenidən seçkilər gözləyəcək. İqtisadiyyat daha da pis duruma gələcək və bundan da istifadə etmək istəyən qüvvələr xaos ortamını yaratmağa çalışacaqdır. Qısacası, parlament uduzularsa, Türkiyəni xaos, qalmaqallarla dolu günlər və ardından da yeni bir seçkilər gözləyir.

31890808_474909972942392_3101475457300692992_n.jpg (79 KB)

 

- Son sualım, müşahidələriniz nə deyir, Türkiyədə seçkilərin taleyinə hansı partiya təsir göstərəcək; İyi Partiya, HDP, Səadət partiyası yoxsa Vətən?

 

- Bu partiyalardan heç biri seçkilərin taleyini həll edə biləcək gücə malik deyillər. İyi Parti güclü görünsə də, altı boş bir partiyadır, yetəri qədər təşkilatlanma yoxdur. HDP isə artıq kürdlərin içində çox böyük bir nüfuz itkisinə məruz qaldığından barajı belə keçə biləcəyini düşünmürəm. Səadət də CHP-nin önə verdiyi bir partiyadır, yetərincə gücə, nüfuza malik deyil və son dönəmlərdə duruşunu itirdiyinden daha çox nüfuz itirdi. Vətən partiyası da hər zaman tərəfsiz görsənsə də, zor zamanlarda Doğu Perinçəkin Ərdoğanı açıqdan və ya gizlidən dəstəklədiyini görmək zor deyil. Türkiyədə yaşayan azərbaycanlılar hansı partiyada olmalarından asılı olmayaraq, sözdə deyil, əməldə birlik nümayiş etdirməlidirlər. Bu yolda da Azərbaycan dövlətinin və hökumətinin ciddi dəstəyi olmalıdır. İnanıram ki, təşkilatlanma baxımından Fuad Muradov gözəl işlər görəcək. Həqiqi Azərbaycan dövləti üçün çalışmaq istəyi ilə siyasi düşüncəsindən asılı olmayaraq, hər kəsə qucaq açaraq dəstək verəcək. Düzü, 10 ildən çoxdur ki, yaxından tanıdığım Fuad Muradovdan da ancaq onu gözləyirəm. Ən çox hazırda ehtiyacımız olan şey sözdə deyil, əməldə birlikdir. Bizlər dövlətimizi, hakimiyyəti tənqid etməzdən öncə bir özümüzü tənqid edək. Təəssüf ki, Türkiyədə yaşayan azərbaycanlıların ən böyük problemi bir ola bilməmələridir. Çoxları özlərini tam unudaraq CHP-lidisə, AKP-çidən, və ya AK Partiyadandırsa, CHP-lidən uzaq durur. Onlar unudurlar ki, Azərbaycanda hamımız eyniyik. Ən adi facebook qruplarında diaspora fəaliyyəti ilə ''məşğul'' olanlar arasında birlik yoxdur. Niyə bu qruplardan “Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin rəsmi paylaşıldı” deyib çıxan gerilikçi bir düşüncə var? Yaşından asılı olmayaraq, bu tip insanlara sadəcə mən tək ad deyərdim, erməni kölələri. Çünki sevərsən, sevməzsən, bu ayrı bir şeydir, amma önəmli olan, unutduqları bir şey var ki, Ərdoğan Türkiyənin, İlham Əliyev də Azərbaycanımızın prezidentidir. Bu iki şəxsiyyəti təhqir edənlər əslində özlərini təhqir etmiş olurlar. Kimsə kimsəyi sevməyə bilər, sevməyə məcbur da deyil, amma hörmət göstərməyə məcburdur. (“Yeni Müsavat”)


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu
18.08.2018, 22:57

Altı ayın içərisində babası və iki əmisini itirən tələbə dənizdə boğuldu

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı
18.08.2018, 22:39

Qurbanov Rəşad Sadıqovu oyuna buraxmamasından danışdı

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu
18.08.2018, 22:26

Cəbrayılın işğalının acı gerçəkləri - “Kaş gözlərim kor olaydı…” təqdim olundu

Prezident BMT Baş katibinə başsağlığı verdi
18.08.2018, 22:23

Prezident BMT Baş katibinə başsağlığı verdi

ARXİV