Modern.az

Putinin qürrələndiyi raketlər: onlar uça bilmədi - Qərb mediasının DETALLARI

Putinin qürrələndiyi raketlər: onlar uça bilmədi - Qərb mediasının DETALLARI

24 May 2018, 10:31

Rusiya prezidenti Vladimir Putin bu ilin martında Federal Məclisə müraciətində bəyan etdi ki, ölkəsi fantastik silahlara malikdir. Putin qeyd etdi ki, Rusiyada nüvə reaktoru ilə işləyən qanadlı raketlər mövcuddur.

 

Bir çox ekspert qanadlı raketlərin nüvə mühərriki ilə işləyə bilməsinin mümkünsüzlüyünü bildirdi.

Vladimir Putin iddia edirdi ki, nüvə mühərrikli qanadlı raketlər qeyri-məhdud uçuş uzaqlığına malikdir. Lakin Qərb mediası yenidən Putinin dediklərinin sadəcə blef olması üzərində dayanıb.

 

Qanadlı raketlərin sınaqları zamanı onlar yalnız 35 kilometr uça biliblər. 2017-ci ilin noyabrından 2018-ci ilin fevralına qədər Rusiya dörd dəfə qanadlı raketlərin sınaqlarını keçirib, lakin bu sınaqlar uğursuz alınıb.

 

Modern.az saytının məlumatına görə, bu haqda CNBC-yə adlarının açıqlanmasını istəməyən mənbələr bildirib.

 

Amerika kəşfiyyatının məlumatına görə, ən uzun uçuş iki dəqiqə davam edib və həmin raketlər cəmi 35 kilometr uçub, sonra idarəetməni itirərək yerə düşüb.

 

Mənbələrin məlumatına görə, bu cür sınaqların insanların sağlamlığı və ətraf mühit üçün hansı risklər yaratdığı haqqında heç bir informasiya yoxdur.

 

“2000-ci illərin başlanğıcından qanadlı raketlər benzin mühərrikindən istifadə ilə işləyir, müəyyən trayektoradan sonra nüvə mühərrikinə keçid edir” – CNBC-nin mənbələri belə bildirib.

“Sınaqlar göstərdi ki, nüvə mühərrikli qanadlı raketlər qeyri-məhdud uzaqlıqda uçuş edə bilmədi”- deyə əlavə olunub.

 

Mənbələrin sözlərinə görə, bu proqram üzrə işləyən mühəndislərin etirazlarına baxmayaraq Kreml həmin sınaqların keçirilməsini əmr edib.

Qaynaqlar bildirir ki, Rusiya 2016-cı ildə nüvə döyüş başlığı ilə təchiz edilə bilən raketləri uğurla sınaqdan keçirib.

 

Lakin bu da məlum olub ki, hipersəsli raketlərin 2017-ci ilin oktyabrında keçirilən sınaqları uğursuzluqla nəticələnib, onlar hədəfə çatmamış yerə düşüblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir