Modern.az

Mübariz Qurbanlıdan məscidlərə azanla bağlı XƏBƏRDARLIQ

Mübariz Qurbanlıdan məscidlərə azanla bağlı XƏBƏRDARLIQ

Aktual

24 May 2018, 10:51

"Ramazan ayında azanların müxtəlif vaxtlarda səsləndirilməsi ilə bağlı məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək"

 

Modern.az xəbər verir ki,  bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

 

M.Qurbanlı deyib ki, Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayında azanlarla bağlı fətvası var və bu fətvaya bütün məscidlər əməl etməlidir:

 

"Bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi şəkildə təsdiq olunmuş təqvim var. Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Bu hallar təkrar olunarsa, onlar barəsində ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunması, onların cərimələnməsi də mümkündür. Hələ ki təqvimin pozulması ilə bağlı bizə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin".

 

Komitə sədri deyib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: "Hərə öz bildiyini edərsə, xaos yaranar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar