Modern.az

Karlo Ançelotti "Napoli"nin baş məşqçisi olacaq

Karlo Ançelotti "Napoli"nin baş məşqçisi olacaq

24 May 2018, 10:54

İtalyan baş məşqçi Karlo Ançelotti növbəti mövsümdən etibarən "Napoli" klubunu çalışdıracaq. "Çelsi", "Bavariya", "Real Madrid" kimi klublarla müxtəlif titullar qazanan Ançelotti İtaliya klubu ilə artıq 3 illik müqavilə imzalayıb. O, bu postda "Napoli" klubundan gedən Mauriziyo Sarrini əvəzləyəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ançelotti öz açıqlamasında deyib: "Möhtəşəm azarkeşləri və unikal şəhəri təmsil edən bir klubda olmaq və ona baş məşqçilik etmək çox xoş bir hissdir".

Xatırladaq ki, Karlo Ançelotti məşqçilik karyerası ərzində 3 dəfə Çempionlar Liqası,  Avropanın top-5 klubu ilə 3 dəfə ölkə çempionluğunu qazanıb.

"Napoli" klubunun prezidenti Aureliyo De Laurentis Mauriziyo Sarriyə klubdakı xidmətlərinə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 59 yaşlı Mauriziyo Sarrinin adı "Çelsi" klubu ilə hallanır. O, bu yaxınlarda klubdan ayrılması gözlənilən Antonio Konteni əvəzləyəcəyi gözlənilir.


Azad Nuriyev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi