17 avqust 2018, Cümə
Ana Səhifə - GÜNDƏM - “Həyatımın ən böyük arzusuna çatdım - BANM-ın tələbəsi oldum!” - MÜSAHİBƏ  
“Həyatımın ən böyük arzusuna çatdım - BANM-ın tələbəsi oldum!” - MÜSAHİBƏ  
24.05.2018, 11:17

Modern.az saytı 2018/2019-cu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanan Vasif Əsədovla müsahibəni təqdim edir.

 

-    Vasif, özünüzü daha yaxından tanıdın.

- Mən 2000-ci il sentyabrın 28-də İsmayıllıda anadan olmuşam. 2007-ci ildə İsmayıllı şəhər 6 saylı tam orta məktəbin birinci sinfinə daxil olmuşam. Atam Rusiyada işləyir. Anam isə evdar qadındır. Mən ailənin böyük övladıyam. Məndən kiçik bir qardaşım var.

-    Təhsil almaq üçün niyə məhz Bakı Ali Neft Məktəbini (BANM) seçdiz?

- Düzü, kiçik yaşlarımdan mühəndislik sahəsinə böyük marağım olub. Həmçinin daha yaxşı biliklərə yiyələnə bilmək üçün xaricdə təhsil almağı da arzu etmişəm. Bu istiqamətdə bir universitet  axtarışında idim və BANM qarşıma çıxdı. Sonra Ali Məktəb haqqında ətraflı araşdırmalara başladım və əmin oldum ki, BANM elə məhz mənim axtardığım bir yerdir.

-    İnkişafınız və bu uğurunuz üçün ən çox kimə borclusuz?

- İnkişafım və uğurum üçün müəllimlərimə, valideynlərimə və məktəb yoldaşlarıma borcluyam.

-    Hobbiniz varmı və ümumiyyətlə nə ilə məşğul olmağı daha çox sevirsiz?

- Daha çox kitab oxumağı sevirəm. Ona görə hobbim kitab oxumaqdır deyə bilərəm. Qəbul imtahanına hazırlaşdığım son il istisna olmaqla, aşağı siniflərdən bədii kitab oxumağı əsas hobbiyə çevirmişəm. Amma bundan başqa şahmat və voleybol oynamağı, bir də döyüş növləri ilə məşğul olmağı da sevirəm.

-    BANM-ı bitirdikdən sonra nə etməyi planlayırsız?

- BANM-ı bitirdikdən sonra təhsilimi xarici ölkələrin birində, xüsusilə də ABŞ və ya Almaniyada davam etdirməyi planlayıram.

-    Seçiminiz BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası olub. Bu ixtisas nə ilə sizi cəlb edir?

“Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üçün keçid balı respublikada ən yüksək keçid balına çatdığına görə bu ixtisas məni cəlb etdi. Mən həmişə rəqabəti sevmişəm. Bu ixtisasda rəqabətin ən yüksək  səviyyədə olduğunu düşündüyüm üçün seçimimi məhz onun üzərində dayandırdım. Düşünə bilirsinizmi, ixtisasın ən aşağı bal yığan tələbəsi 685 bal yığıb. Təbii ki, bu cür ixtisas sağlam rəqabətə və yüksək təhsilə zəmanət verir.

-    Seçim qarşısında olan və növbəti il gələn abituriyentlərə nə məsləhət görərdiz?

- Seçim qarşısında olan abituriyentlərə məsləhətim bu olardı ki, əgər I qrup üzrə hazırlaşırlarsa, heç düşünmədən BANM-ı seçsinlər. BANM-ın kampusu ilə də tanış oldum, çox möhtəşəmdir. Mən həyatımın ən böyük arzusuna çatdım – BANM-ın tələbəsi oldum.Bu çox gözəl hissdir. “BANM-ın tələbəsi” adını qazanmağı hər bir abituriyentə arzulayıram.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Orqan gözləyən xəstələrə şad xəbər - VİDEO
17.08.2018, 00:56

Orqan gözləyən xəstələrə şad xəbər - VİDEO

Türkiyədə AKP heyəti qəzaya düşdü: 5 ölü
17.08.2018, 00:39

Türkiyədə AKP heyəti qəzaya düşdü: 5 ölü

Zabit Səmədov Fransa çempionuna qalib gəldi
17.08.2018, 00:23

Zabit Səmədov Fransa çempionuna qalib gəldi

Müslüm Maqomayev: Heydər Əliyevlə görüşə getməkdən imtina etmək istəyirdim... - VİDEO
17.08.2018, 00:07

Müslüm Maqomayev: Heydər Əliyevlə görüşə getməkdən imtina etmək istəyirdim... - VİDEO

İtaliyada 5 bal gücündə zəlzələ oldu
17.08.2018, 00:01

İtaliyada 5 bal gücündə zəlzələ oldu

Tərtərdə itkin düşən yeniyetmə qız tapılıb
16.08.2018, 23:44

Tərtərdə itkin düşən yeniyetmə qız tapılıb

Ağcəbədi sakinləri erkən nikah problemi ilə bağlı maarifləndirilib
16.08.2018, 23:26

Ağcəbədi sakinləri erkən nikah problemi ilə bağlı maarifləndirilib

Azərbaycan nefti ucuzlaşdı
16.08.2018, 23:12

Azərbaycan nefti ucuzlaşdı

Hindistanda yeddi günlük matəm elan edildi
16.08.2018, 22:55

Hindistanda yeddi günlük matəm elan edildi

Ağdaşdakı yanğında 1 nəfər xəsarət aldı
16.08.2018, 22:42

Ağdaşdakı yanğında 1 nəfər xəsarət aldı

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da üçüncü oldu
16.08.2018, 22:28

Şəhriyar Məmmədyarov “Grand Chess Tour”da üçüncü oldu

İraq aviasiyası İŞİD qərargahını bombaladı
16.08.2018, 22:13

İraq aviasiyası İŞİD qərargahını bombaladı

Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardı
16.08.2018, 22:01

Türkiyəyə 15 milyardlıq yardım ərəb ölkələrini özündən çıxardı

Azərbaycan məktəbliləri Beynəlxalq Robort Texnologiyaları Olimpiadasında
16.08.2018, 21:46

Azərbaycan məktəbliləri Beynəlxalq Robort Texnologiyaları Olimpiadasında

Azərbaycanlı gənc qapıçı Türkiyədə İLK ONLUĞA düşdü - FOTO
16.08.2018, 21:31

Azərbaycanlı gənc qapıçı Türkiyədə İLK ONLUĞA düşdü - FOTO

Türkiyədə Almaniya vətəndaşı saxlanıldı
16.08.2018, 21:18

Türkiyədə Almaniya vətəndaşı saxlanıldı

Müəllimlərə XƏBƏRDARLIQ: İmtina ərizəsi yazmayanlar bu hüququnu itirəcək
16.08.2018, 21:07

Müəllimlərə XƏBƏRDARLIQ: İmtina ərizəsi yazmayanlar bu hüququnu itirəcək

Qarabağdakı “Ziyarət dağı” məbədinin də memarlıq quruluşu dəyişdirilir - FOTOLAR
16.08.2018, 20:52

Qarabağdakı “Ziyarət dağı” məbədinin də memarlıq quruluşu dəyişdirilir - FOTOLAR

Meksikada narkokartelin 50 üzvü tutuldu
16.08.2018, 20:41

Meksikada narkokartelin 50 üzvü tutuldu

İranda evlilik yaşı dəyişdirilir
16.08.2018, 20:27

İranda evlilik yaşı dəyişdirilir

İçərisində 150 rus turist olan təyyarə qəza enişi etdi
16.08.2018, 20:14

İçərisində 150 rus turist olan təyyarə qəza enişi etdi

Sabah Bakının bu ərazilərində qaz olmayacaq
16.08.2018, 20:01

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Azərbaycanda ildə 3 min ton bal istehsal olunur
16.08.2018, 19:49

Azərbaycanda ildə 3 min ton bal istehsal olunur

2018-ci ildə Azərbaycanda ölənlərin sayı AÇIQLANDI
16.08.2018, 19:19

2018-ci ildə Azərbaycanda ölənlərin sayı AÇIQLANDI

Xəzər avtomobillərinin tezliklə ixracına başlanılacaq
16.08.2018, 18:52

Xəzər avtomobillərinin tezliklə ixracına başlanılacaq

Sabirabad sakini intihar edib
16.08.2018, 18:35

Sabirabad sakini intihar edib

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb
16.08.2018, 18:23

Qaradağda avtomobil yolunun tikintisinə 11,6 milyon manat ayrılıb

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib
16.08.2018, 18:09

İlham Əliyev indoneziyalı həmkarını təbrik edib

İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi
16.08.2018, 18:04

İraqda valideynlərini itirmiş uşaqlar Bakıya gətirildi

İrandan Azərbaycana narkotik keçirən ata-oğul saxlanıldı
16.08.2018, 17:55

İrandan Azərbaycana narkotik keçirən ata-oğul saxlanıldı

Nazirdən ƏMR: Təhsilin prioritet istiqamətləri müəyyənləşdi
16.08.2018, 17:47

Nazirdən ƏMR: Təhsilin prioritet istiqamətləri müəyyənləşdi

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO
16.08.2018, 17:40

Xətaidə avtobus dayanacağının ətrafına çəkilən dəmir hasar söküldü - FOTO

Bakıda metroda yuxuya gedən şəxsi soydular 
16.08.2018, 17:31

Bakıda metroda yuxuya gedən şəxsi soydular 

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
16.08.2018, 17:16

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək
16.08.2018, 17:08

Ermənistan futboluna Təhlükəsizlik Xidmətinin rəisi nəzarət edəcək

ARXİV