Modern.az

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı təqdim edildi

“İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı təqdim edildi

24 May 2018, 11:20

 

 

 

Azərbaycan Xalq Cümhuriyyətininn 100 illik yubileyi çərçivəsində İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı ictimaiyyətə təqdim olunub.

 

Dövlətçilik tariximizin ən şanlı səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq “İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” adlı kitab nəşr olunub.

 

Modern.az xəbər verir ki, son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal  hərəkatını formalaşdıran, prosseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması və mühafizəsidir.

 

Bəxtiyar Qaraca və Akif Aşırlının müəllifliyi, filologiya üzrə fəlsəfə doktoru, "Kaspi” qəzeti və "Kaspi Təhsil Mərkəzi”nin təsisçisi Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun ön sözü ilə işıq üzü görən "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı Veysəloğlu Şirkətlər Qrupunun Azərbaycan xalqına növbəti hədiyyəsidir.

 

Qeyd edək ki, kitabın təqdimat mərasimi BMM-də baş tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır