Modern.az

Komitə sədri: “Bu məsələyə təhsil naziri də münasibət bildirsə, yaxşı olar”

Komitə sədri: “Bu məsələyə təhsil naziri də münasibət bildirsə, yaxşı olar”

24 May 2018, 12:00

“Azərbaycanda təhsil sahəsində tədris dili dövlət dilimiz olan Azərbaycan dilidir. Bu, birmənalıdır. Amma Təhsil Nazirliyinin də icazəsi olmaqla, bəzi hallarda ümumi təhsil müəssisələrində Azərbaycan dili, dövlət dili ilə yanaşı, başqa dillərdə də tədrisin aparılması nəzərdə tutulur. Yəni, “Təhsil haqqında” qanunda nəzərdə tutulan texiniki xarakterli dəyişikliklərdə bu məsələ də var”.


Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” qanun dəyişikliklərin müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli deyib.


O, eyni zamanda bildirib ki, “Təhsil haqqında” qanuna yeni məzmunda təklif olunan 19.11-ci maddə cəmiyyətdə, sosial şəbəkələrdə ciddi müzakirə mövzusudur.


“Hesab edirəm ki, bu məsələyə təhsil nazirimiz də münasibət bildirsə, yaxşı olar. Yəni, “Təhsil haqqında” qanun 19-cu (Ümumi təhsil) maddəsinin 11-ci bəndinə əsasən, Azərbaycanda ibtidai təhsil 6 yaşdan başlanır. Dəyişikliklə bəndə ikinci cümlə əlavə olunur. Yeniliyə əsasən, valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər. Ancaq neçə gündür cəmiyyətdə, sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr getməkdədir. Əslində belə hesab edirəm ki, bununla, yəni, təklif olunan dəyişikliklə bu məsələdəki bürokratik əngəllər aradan qaldırmış olur. Söz-söhbətlərə də ehtiyac qalmır. Bu, mütərəqqi dəyişiklikdir. Bu baxımdan da, sosial şəbəkələrdəki müzakirələri mənasız hesab edirəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir