Modern.az

Lənkəranda müəllimi qorxudan direktoru Təhsil Nazirliyinə çağırdılar  

Lənkəranda müəllimi qorxudan direktoru Təhsil Nazirliyinə çağırdılar   

24 May 2018, 12:34

Lənkəran rayonu Gəgiran kənd orta məktəbin müəllimi Həbib Əlizadəni polisə şikayət edən direktor Ziyafəddin Cavadovla bağlı yeni xəbər var

Modern.az xəbər verir ki, bu haqda H.Əlizadə "Facebook"da məlumat paylaşıb:

“Lənkəran şəhər Polis Şöbəsinə getdim. Bir xeyli qapıda gözlədikdən sonra nəhayət ki, əlaqədar şöbədən hər hansı ciddi problem olmadığını və işimə davam edə biləcəyimi bildirdilər. Ümid edirəm elə olacaq. Yeniliklər olan kimi bölüşəcəm.
Operativ maraqlanıb məsələni nəzarətə götürdüyü üçün Təhsil Nazirliyinə,
bütün sosial şəbəkə istifadəçilərinə, mediayaya dərin təşəkkür edirəm. Fəalliyyətimiz sizin dəstəyinizlə davam edəcək. Hər şey üçün minnətdaram. Sizin dəstəyiniz sayəsində təhsildə gözəl və böyük işlər görəcəyik ümid edirəm.
Məlumat üçün bildirim ki, direktor hazırda Təhsil Nazirliyinə dəvət olunub, araşdırma davam edir”.


Xatırladaq ki, Gəgiran kənd orta məktəbin direktoru Ziyafəddin Cavadovla müəllimin şagirdləri Bakıya ekskursiyaya aparmaq istəyini əsas gətirərək onu polisə şikayət edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir