Modern.az

Rusiya xarici borcunu artıracaq

Rusiya xarici borcunu artıracaq

24 May 2018, 13:04

Rusiyanın Maliyyə Naziri Anton Siluanov Rusiyanın dövlət borcunu investisiyalar məqsədi ilə artırmaq niyyətində olduğunu bildirib.

 

Modern.az “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə o Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda bəyan edib.

O hazırda Rusiyanın dövlət borcunun ümumdaxili məhsulun 6-10 faizini təşkil etdiyini bildirib.

Sialuanovun sözlərinə görə, o milli borcun ÜDM-un 20-30 faizədək artmasına gətirib çıxarcaq kardinal dəyişikliklərə qarşıdır.

 

“Amma hazırda  borc vasitəsi ilə maliyyələşdirmə üsulunun yalnız infrastruktura sərmayə qoyuluşu üçün istifadə edilməsini mən tamamilə haqq qazandırılmış bir investisiya hesab edirəm” – Siluanov bildirib.

 

Bundan əlavə Hesablama palatasını rəhbəri Aleksandr Kudrin az miqdarda borc siyasətinin təhsil və səhiyyə sahəsinə investisiya qoyuluşu üçün istifadə edilməsini rezerv adlandırıb.

Həmçinin “Rusiya Bankı”nın rəhbəri Elvira Nabiullina da bu siyasəti dəstəkləyib.

 

Əvəz ZEYNALOV

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir