Modern.az

Təhsil naziri deputatın etirazına CAVAB VERDİ

Təhsil naziri deputatın etirazına CAVAB VERDİ

24 May 2018, 13:37

“Mövcud qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Beynəlxalq fənn olimpiadasında mükafat yeri tutmaq çox böyük bir nailiyyətdir”.

Modern.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Asim Mollazadənin etirazına cavab olaraq deyib.

Nazir bildirib ki, Azərbaycan 5 fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə beynəlxalq olimpiadalarda iştirak edir.


“Orada təmsil olunan şagirdlərin ayını götürsək və güman etsək ki, bizim olipiadaya gedən uşaqlarımızın hamısı qalib yerlər tutub, cəmi 23 nəfərdən danışırıq. Dünyanın bir çox ölkələri beynəlxalq fənn olimpiadalarının qaliblərinə qapılarını geniş açırlar. Onlar deyirlər ki, siz gəlib bizim universitetlərdə pulsuz təhsil alın və s. O, uşaqlara görə çox ciddi rəqabət gedir. Burada isə sərtləşdirici məqamların qoyulması bizim xeyirimizə işləmir. Siz son illərin statistikasına baxsanız görərsiniz ki, beynəlxalq fənn olimpiadalarının qaliblərindən bizim ali təhsil müəssisələrinə qəbul olunan yoxdur”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı