Modern.az

“10-11-ci siniflərə çatanda olimpiadalara üz tutmurlar” – Nazirdən İRAD

“10-11-ci siniflərə çatanda olimpiadalara üz tutmurlar” – Nazirdən İRAD

24 May 2018, 13:58

“Respublika fənn olimpiadalarında iştirak edən şagirdlərimizin ali məktəblərə imtahan zamanı göstərdiyi nəticələr bizdə var. Onların qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənnlər üzrə elə də böyük fərq yoxdur”.

 

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

 

Nazirin sözlərinə görə, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir.

 

“Riyaziyyatdan qalib olan şagirdlərin topladığı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz. Bu, mümkün deyil.

 

Bu şagirdlər 8-ci sinifdən olimpiadalarda iştirak edirlər. Burada müşahidə edirik ki, onlar 10-11-ci sinifə çatanda olimpiadalara üz tutmurlar.

 

Çünki respublika fənn olimpiadasının fərqli proqramı var və buna xüsusi hazırlaşmaq lazımdır. Onlar da qəbul imtahanlarına görə hazırlıqlara getdiklərindən, bu istiqamətdə hazırlaşmırlar”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır