Modern.az

Türkiyə ilə Yunanıstan arasında növbəti GƏRGİNLİK

Türkiyə ilə Yunanıstan arasında növbəti GƏRGİNLİK

24 May 2018, 15:07

Yunanıstanın Türkiyədə dövlət çevrilişi etməyə cəhd edən əsgərlərə sığınacaq verməsinə Türkiyə XİN-dən sərt reaksiya gəlib.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi bu addımın türk millətinin vicdanına zərbə olduğunu qeyd edib. Türkiyə XİN  hadisəylə bağlı açıqlama verərək bildirib ki, onlar Yunanıstanöın bu addımını qınayırlar:

 

“Yunanıstan məhkəməsi beynəlxalq hüquq normalarını pozaraq dövlət çevrilişinə cəhd edən Süleyman Özkaynakçıya sığınacaq hüququ verib. Beləliklə Yunanıstan,dövlətimizə qarşı xəyanət edənləri qoruyan və onları himayə edən ölkə olduğunu bütün dünya qarşısında nümayiş etdirib. Türk millətinin vicdanını yaralayan bu qərarı şiddətlə qınayırıq. Bundan sonra Yunanıstan məhkəməsinin bir daha belə səhvlərə yol verməyəcəyinə ümid edirik”.

 

Qeyd edək ki, Yunanıstan Məhkəməsi Süleyman Özkaynakçıyla birlikdə, dövlət çevrilişinə cəhd edən, Yunanıstana qaçmış bütün əsgərlərə sığınacaq verdiyini açıqlayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub