Modern.az

Şimali Koreyada nüvə poliqonu sökülməyə başlanıb

Şimali Koreyada nüvə poliqonu sökülməyə başlanıb

24 May 2018, 15:10

Şimali Koreyada rəsmi surətdə Pxunqeri nüvə poliqonunun sökülməsinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Yonhab” Cənubi Koreya informasiya agentliyi məlumat yayıb.

Ölkənin yeganə nüvə poliqonunun sökülməsinə mayın 24-də rəsmi olaraq start verilib.

Agentliyin verdiyi məlumata görə poliqonda nüvə obyektlərinin məhv edilməsi proseduru xarici jurnalistlərin iştirakı ilə həyata keçirilib.

 

Bu hadisə ilə əlaqədar ABŞ, Rusiya, Çin, Britaniya və Cənubi Koreyadan jurnalistlər poliqona sökülmə prosesinə tamaşa etməyə dəvət olunublar.

Cəmi beş ölkədən jurnalistlərin dəvət olunmasını Şimali Koreya XİN-də poliqonda yer azlığı ilə izah ediblər.

 

Qeyd edək ki, Pxunqeri nüvə poliqonunun sökülməsi haqda razılıq, aprelin 27-də keçirilmiş Şimali və Cənubi Koreya liderləri arasında görüşdə əldə olunub.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi