19 iyun 2018, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avstraliyada qeyd olunub - FOTO  
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avstraliyada qeyd olunub - FOTO   +
24.05.2018, 15:43

Mayın 23-də Kanberra şəhərində Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı Səfirliyinin təşkilatçılığı və ölkəmizin Avstraliyadakı Fəxri Konsulluğunun dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə rəsmi ziyafət təşkil edilib.


Səfirlikdən Modern.az-a bildirlib ki, tədbirdə Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Avstraliya Milli Universiteti nəzdində fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbərləri, Kanberrada akkreditə olunmuş diplomatik missiyaların başçıları və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 250 nəfərə yaxın qonaq iştirak edib.


Tədbir Azərbaycan və Avstraliyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Tədbirdə əsas qonaq qismində iştirak edən Xarici İşlər və Ticarət Departamentinin protokol xidmətinin rəhbəri xanım Lindal Saks (Lyndall Sachs) Avstraliya hökuməti adından Azərbaycan Prezidentini və xalqını bayram münasibəti ilə təbrik edib.


Azərbaycan Respublikasının Avstraliya İttifaqındakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə tədbirdə çıxış edərək, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində mühüm hadisə olduğunu qeyd edərək, Cümhuriyyət dövründə əldə edilən çoxsaylı uğur və nailiyyətlərdən bəhs etmiş, o cümlədən Azərbaycanın Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu və 1919-cu ildə Azərbaycanın ilk universitetinin təsis olunduğunu xüsusilə vurğulayıb. Mövcud olduğu qısa müddət ərzində Xalq Cümhuriyyətinin Azərbaycanın dövlət quruculuğunda, habelə müasir Azərbaycanın formalaşmasında oynadığı mühüm rol barədə qonaqlara məlumat verib.


1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini qeyd edən E.Həbibzadə, müstəqilliyin ilk illərində ölkəmizin iqtisadi böhran, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bir sıra digər səbəblərlə əlaqədar böyük çətinliklərlə üzləşdiyini bildirib. Lakin buna baxmayaraq, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli addımları və həyata keçirdiyi düşünülmüş siyasət sayəsində həmin çətinliklər uğurla aradan qaldırılıb və ölkəmiz davamlı inkişaf yoluna qədəm qoyub. Azərbaycanlı diplomat ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır. E.Həbibzadə müasir Azərbaycanın multikulturalizm dəyərlərinə söykənən dünyəvi dövlət olduğunu bildirib.


Azərbaycan-Avstraliya əlaqələrinə toxunan diplomat ölkəmizin Avstraliya ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Avstraliyanın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayaraq, Avstraliya tərəfinə ölkəmizin suverenliyi və ərazi bütövlüyünə verilən ardıcıl dəstəyə görə təşəkkürünü ifadə edib.


Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva son illər ərzində iki ölkə arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini qeyd edib. O, Azərbaycan-Avstraliya əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlığın vacib rol oynadığını vurğulayıb. Eyni zamanda o, son dövrlərdə iqtisadi-ticarət sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də mühüm addımlar atıldığını, o cümlədən 2017-ci ilin oktyabr ayında avstraliyalı iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfər etdiyini diqqətə çatdırıb.


Bununla yanaşı, tədbir zamanı çıxış edən Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Kreq Kelli (Craig Kelly) ötən illər ərzində Avstraliya Parlamenti nümayəndə heyətinin tərkibində ölkəmizə həyata keçirdiyi səfərlər ilə bağlı xatirələrini bölüşüb. O, həmin səfərlər zamanı Azərbaycanın son illərdə əldə etdiyi böyük iqtisadi nailiyyətlərinin canlı şahidi olduğunu vurğulayıb. K.Kelli qeyd etmişdir ki, ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlar regiondakı bəzi qonşu dövlətlər üçün nümunə olmalıdır. Eyni zamanda, o, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini hər zaman dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini diqqətə çatdırıb. Eyni zamada, bu işdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu və onun rəhbəri Xanlar Fətiyevin fəaliyyəti yüksək qiymətləndirilib.


Tədbir zamanı Azərbaycanın əməkdar artisti Sevinc Hüseynli Azərbaycan milli rəqslərini ifa edib.


Ziyafət zamanı Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan ruhu” (The Spirit of Azerbaijan) və Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı videoçarxlar nümayiş etdirilib, eləcə də iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılıb. Qonaqlara Azərbaycanın milli mətbəx nümunələri təqdim edilib.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”
19.06.2018, 16:04

İran XİN başçısı: “Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri İranın deyil”

Hindistanda 500 min insan faciə ilə üzləşib
19.06.2018, 15:36

Hindistanda 500 min insan faciə ilə üzləşib

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü
19.06.2018, 15:30

Əbülfəs Qarayev İSESCO-nun baş direktoru ilə görüşdü

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb
19.06.2018, 15:20

Türkiyə ABŞ-la Rusiyanın arasında qalıb

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR
19.06.2018, 14:53

Zakir Həsənov yeni hərbi hissənin açılışında iştirak edib - FOTOLAR

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu
19.06.2018, 14:45

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ
19.06.2018, 14:35

Sabah Bakıda hava necə olacaq? - PROQNOZ

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi
19.06.2018, 14:07

Bakıdakı yanğınlarla bağlı nazirlik rəsmi açıqlama verdi

Deputatın toxunulmazlıq hüququ ləğv edildi
19.06.2018, 13:54

Deputatın toxunulmazlıq hüququ ləğv edildi

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA
19.06.2018, 13:42

İmişlidə 45-dən çox pambıqçı kimyəvi maddədən zəhərlənib - AÇIQLAMA

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir
19.06.2018, 13:20

Rusiya parlamentinin spikeri Azərbaycana səfərə gəlir

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi
19.06.2018, 13:17

Ermənilərin pilotsuz təyyarəsi məhv edildi

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq
19.06.2018, 13:16

Azərbaycanlı nazir OPEK-in iclasına qatılacaq

Dünyanın ən yaşlı oranqutanı ölüb
19.06.2018, 13:04

Dünyanın ən yaşlı oranqutanı ölüb

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi
19.06.2018, 13:02

Biləsuvarda DƏHŞƏT - 16 yaşlı qız intihardan əvvəl özünü VİDEO-ya çəkdi

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi
19.06.2018, 12:56

Qənirə Paşayeva dünyanın nüfuzlu qadınlarını ölkəmizə dəvət etdi

Qərbi Kaspi Universitetində tələbələrlə görüş
19.06.2018, 12:55

Qərbi Kaspi Universitetində tələbələrlə görüş

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”
19.06.2018, 12:54

Yuri Manvelyan: “General Manvel Qarabağdakı qarətdən varlanmağa başladı...”

Oqtay Əsədov Çinə gedir
19.06.2018, 12:53

Oqtay Əsədov Çinə gedir

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb
19.06.2018, 12:31

Azərbaycanda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Dünyada qaçqınların sayı rekord həddə çatıb
19.06.2018, 12:20

Dünyada qaçqınların sayı rekord həddə çatıb

Azərbaycanda qızıl mağazası qarət edildi
19.06.2018, 12:05

Azərbaycanda qızıl mağazası qarət edildi

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”
19.06.2018, 11:48

BMT: “Azərbaycanla açıq və fəal əməkdaşlıq edirik”

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq
19.06.2018, 11:38

Bakıda hərbi parada hazırlıq - Mərkəzi yollar bağlanacaq

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...
19.06.2018, 11:24

Azərbaycanın Baş nazirinə qarşı xain sui-qəsdi...

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı
19.06.2018, 11:19

Türkiyədə mina partlayışı: 1 ölü, 2 yaralı

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ
19.06.2018, 11:01

Ərdoğanın populyarlığı azalır - XƏBƏRDARLIQ

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb
19.06.2018, 10:55

Qusarda ana və 7 yaşlı qızı itkin düşüb

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu
19.06.2018, 10:49

Tailandda son 9 ildə ilk dəfə edam cəzası icra olundu

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB
19.06.2018, 10:34

Bakıdakı “Taxta bazarı”nda YANĞIN - YENİLƏNİB

Paytaxtda daha bir YANĞIN
19.06.2018, 10:25

Paytaxtda daha bir YANĞIN

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu
19.06.2018, 10:14

Cəbhədə şiddətli ATIŞMA – Atəşkəs 95 dəfə pozuldu

Azərbaycanda rektor vəfat edib
19.06.2018, 10:10

Azərbaycanda rektor vəfat edib

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı
19.06.2018, 10:02

Yol polisi reyd keçirdi – sərxoş sürücülər saxlanıldı

1,8 kiloqram marixuana satarkən yaxalandı
19.06.2018, 10:02

1,8 kiloqram marixuana satarkən yaxalandı

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.4%)
Braziliya(20.6%)
Almaniya(13.4%)
İngiltərə(5.15%)
Portuqaliya(14.4%)
İspaniya(4.12%)
Fransa(5.15%)
Belçika(1.03%)
Seneqal(2.06%)
Rusiya(17.5%)