22 yanvar 2019, Çərşənbə axşamı
Ana Səhifə - GÜNDƏM - Yaqub Mahmudov: “Cümhuriyyətin qurulması od içində dirçəlişdir”
Yaqub Mahmudov: “Cümhuriyyətin qurulması od içində dirçəlişdir”
24.05.2018, 16:14

 

“Hazırda Avropada islamafobiya baş alıb gedir. Amma Xalq Cümhuriyyəti irqi, milli, dini və sinfi bərabərsizliyi ləğv edərək, bütün vətəndaşların hüquq bərabərliyini təmin etmişdi. Cümhuriyyətin qurulmasını od içində dirçəliş hesab edirəm”.

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutundan Modern.az-a verilən məlumata görə, bunu institut direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov bildirib.

 

Yaqub Mahmudov qeyd edib ki, ulu öndər Heydər Əliyev tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoymuşdu: “Biz imperiyalar yaradan xalqıq. Lakin Azərbaycan xalqına sovet dönəmində saxta tarix təqdim olunmuşdu. Guya Cənubi Qafqazın aborigen, yəni ən qədim yerli əhalisi ermənilərdir, biz isə Altaylardan köçüb gəlmişik. Belə halların qarşısını almaq məqsədilə İrəvan xanlığının tarixini və uydurma “Böyük Ermənistan” nəzəriyyəsinin əleyhinə kitablar çap etdirmişik. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq məqsədilə türk, rus, ərəb, ingilis, ispan, italyan, gürcü və sair dillərdə kitablar ortaya qoymuşuq.

 

Sovet vaxtı “26 Bakı komissarı” abidəsi toy-düyün yerinə çevrilmişdi. Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı soyqırımı cinayəti törətmiş Stepan Şaumyan və digər cəlladların cəsədlərinin qalıqlarını Bakının mərkəzindən şəhər qəbiristanına köçürtməklə şüurlarda inqilab etdi. Mən prezidentin bu addımını Nikolay Kopernikin kəşfinə bənzədirəm”.

 

Akademik deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin adına şübhə edənlər İstiqlal Bəyannaməsini oxusunlar: “Sənəddə çox aydın yazılır ki, dövlətimizin adı Azərbaycan Xalq Cümhuriyyətidir. Mən BDU-nun Tarix fakültəsinin dekanı olan zaman Heydər Əliyev çox böyük tarixçi heyəti topladı və bildirdi ki, Cümhuriyyət dünyaya Azərbaycan Demokratik Respublikası (ADR) kimi yayılıb. Biz məsələni araşdırdıq. Dəfələrlə Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayevlə görüşdük, sənədlərlə tanış olduq və daha sonra Heydər Əliyevə məlumat verdik. O, bütün materiallarla tanış oldu və göstəriş verdi ki, dövlət İstiqlal Bəyannaməsində olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti adlandırılsın”.

 

“Türk-müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir. Dünyanın müxtəlif ölkələrindən Xalq Cümhuriyyəti tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. “Cümhuriyyət İli” çərçivəsində Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü” və “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” kitablarını çap etdirib”, - deyə institut direktoru bildirib.

Yaqub Mahmudov qeyd edib ki, Cümhuriyyət parlamentinin 1918-ci il dekabrın 7-də yaradıldığını söyləmək düzgün deyil: “Cümhuriyyət dövründə parlamentçilik tariximiz 1918-ci il mayın 27-dən başlayır. 1918-ci ilin mayında Zaqafqaziya Seyminin müsəlman fraksiyası əsasında Azərbaycan Milli Şurası (Azərbaycan parlamenti) formalaşıb. İlk parlamentimiz 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olunmasını öz üzərinə götürmüş və tarixi İstiqlal Bəyannaməsini qəbul etmişdir”.

“Arxiv sənədləri sübut edir ki, Andranik nəinki türk kəndlərini, hətta kürd kəndlərini də dağıdıb. İngilis kəşfiyyatının məlumatında bildirilir ki, Andranikə pul ayırmaq lazım deyil və İngiltərə Azərbaycana yardım etməlidir.

Tarix İnstitutunun nəzdində türk-müsəlman xalqlarına qarşı soyqırımları problemi ilə əlaqədar beynəlxalq əlaqələndirmə mərkəzi yaradılıb”, - deyə akademik bildirib.

 

Deputat deyib ki, gənc sərkərdə Nuru paşanın ətrafında Cümhuriyyət generalları toplaşmışdı: “Qafqaz İslam Ordusunun hərbi uğurlarında Azərbaycan xalqı, könüllü xalq dəstələri, o cümlədən Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov və Xosrov bəy Sultanov fəal iştirak edib. 1918-20-ci illərdə, hələ Nuru paşa gəlməmiş Göynük igidləri Şəkidə daşnakların xalqımıza divan tutmasına yol verməyiblər. Gəncəyə gəlib Nuru paşaya məlumat veriblər ki, Şəkidə daşnakları məğlubiyyətə uğratdıq. Nuru paşa çox sevinib. O, Gəncədə Şəkidən gələn 4 böyük dəstə başçısını qəbul edərək, hamısına təşəkkürünü çatdırıb. Nuru paşa deyib ki, daşnaklara qarşı bu cür vuruşmaq lazımdır. Sonra atam “Qara Mikayıl” Nuru paşanın qoşununun tərkibində Biləcəriyə qədər gəlib.

 

İlhaqçılar Nuru paşanı Milli Şura hökumətinin guya Rusiyapərəst və inqilabi hakimiyyət olmasına, anarxiyaya və xaosa gətirib çıxaracağına inandıra bilmişdilər. Yaranmış böhranı aradan qaldırmaq üçün Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, baş  nazir Fətəli xan Xoyski və xarici işlər naziri Məmməd Həsən Hacınskidən ibarət bir heyət Nuru paşa ilə görüşüb danışıq aparmaq istədi. Lakin Nuru paşa “Mən əsgərəm, siyasəti anlamıram, ordunun siyasi müşaviri Əhməd Ağaoğludur. Onunla görüşün” bildirərək Milli Şura üzvlərini qəbul etməkdən imtina etdi. Rəsulzadə ümumi razılığa nail oldu. O, Milli Şuranın sədrliyindən istefa verdi və yeni hökumətin təşkilini Xoyskiyə həvalə etdiyini bildirdi. Bununla da Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlandı”.

Akademik qeyd edib ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə əlaqədar Azərbaycan-Türkiyə hərbi qardaşlıq abidələri ucaldıla bilər: “Abidənin mərkəzində Nuru paşanın, onun sağında Səməd bəy Mehmandarovun, solunda isə Əliağa Şıxlinskinin heykəllərini təsəvvür edirəm. Qardaşlıq abidələrində Azərbaycan və Türkiyənin dövlət bayraqlarının birlikdə dalğalanmasını istəyirik”.

 

Tarixçi alim bildirib ki, Osmanlı imperiyasının hakim siyasi dairələrində Cənubi Qafqazda erməni dövləti yaradılması məsələsində fikir ayrılığı vardı: “Sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa Cənubi Qafqazda erməni dövləti yaradılmasının əleyhinəydilər və bu məsələdə “çibanı kökündən təmizləmək” tərəfdarı idilər. Bu mümkün olmadıqda “Ermənistanın çox zəif və yaşaya bilməyəcək bir dövlət şəklində təşəkkül etməsini” təklif edirdilər”.

 

Yaqub Mahmudov qeyd edib ki, müstəqil Zaqafqaziya Federativ Respublikası elan olunduqda, 1918-ci il aprelin 26-da təşkil olunmuş hökumət tərkibində Fətəli xan Xoyski xalq maarifi naziri vəzifəsini tutur: “Qısamüddətli fəaliyyəti dövründə Xoyski Tiflisdə yaradılması qərarlaşdırılan Avropa tipli universitetin Bakıda açılması təklifini irəli sürmüş, sonralar Xalq Cümhuriyyəti dövründə Bakıda universitetin açılmasında mühüm rol oynamışdı”.

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin mediada təbliği və müsabiqənin keçirilməsi" layihəsi çərçivəsində hazırlanıb. 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Prezident “Total” şirkətinin rəhbəri ilə görüşdü
22.01.2019, 20:16

Prezident “Total” şirkətinin rəhbəri ilə görüşdü

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA
22.01.2019, 20:03

Mədət Quliyevin sosial şəbəkələrdə heç bir səhifəsi yoxdur - DTX-dan AÇIQLAMA

Sabah Bakının bir hissəsi qazsız qalacaq
22.01.2019, 19:43

Sabah Bakının bir hissəsi qazsız qalacaq

Prezident Vahid Ələkbərovla görüşdü
22.01.2019, 19:37

Prezident Vahid Ələkbərovla görüşdü

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”
22.01.2019, 19:25

İlham Əliyev: “Azərbaycan KTMT-yə üzv olmağı planlaşdırmır”

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!
22.01.2019, 19:03

“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB PULSUZ İnternet!

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib
22.01.2019, 18:57

Ramil Usubov əməliyyat müşavirəsi keçirdi – 241 cinayətkar qrup ifşa edilib

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır
22.01.2019, 18:52

UNEC pedaqoji heyətin potensialının artırılması üzərində daim çalışır

İki səfir Əbülfəs Qarayevin qəbulunda
22.01.2019, 18:49

İki səfir Əbülfəs Qarayevin qəbulunda

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 
22.01.2019, 18:36

Ayyət Əhməd Elçin Mirzəbəylinin şeirini fransız dilinə tərcümə etdi 

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu
22.01.2019, 18:32

Zakir Həsənov yeni istifadəyə verilən obyektlərlə tanış oldu

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO
22.01.2019, 18:17

Mehman Hüseynov Əli Abdalovla barışdı - VİDEO

Marşrut daşıyıcılarının sayı azaldılıb
22.01.2019, 18:13

Marşrut daşıyıcılarının sayı azaldılıb

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək
22.01.2019, 18:04

Bu ilin sonunadək bütün avtobuslar “BakıKart”a keçəcək

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK
22.01.2019, 17:46

Avtobus sürücüləri üçün istirahət yerləri ayrılacaq - Bakıda İLK

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM
22.01.2019, 17:38

Parkinqlərdən yığılan pullar qanunsuzdur - Agentlik rəhbərindən İTTİHAM

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb
22.01.2019, 17:19

Bakıda 45 gündə qanunsuz parklanmaya görə 53 min protokol yazılıb

Manatın məzənnəsi dəyişdi?
22.01.2019, 17:12

Manatın məzənnəsi dəyişdi?

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  
22.01.2019, 16:56

Bakıdakı bəzi küçələrdə parklanmalara icazə veriləcək - RƏSMİ  

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu
22.01.2019, 16:49

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ - Vüqar Qədirov rəis təyin olundu

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi
22.01.2019, 16:45

Rövşən Rzayev şikayətləri dinlədi, həlli üçün tapşırıq verdi

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  
22.01.2019, 16:44

Bakı Nəqliyyat Agentliyinin sədri: “Fevraldan 240 taksi duracağı tikiləcək”  

Hindistanlı turistlərin Azərbaycana axını başladı
22.01.2019, 16:42

Hindistanlı turistlərin Azərbaycana axını başladı

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ    
22.01.2019, 16:38

Azərbaycanın Livandakı səfiri: “Nəsiminin məzarı qohumlarının nəzarəti altındadır” - MÜSAHİBƏ  

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib
22.01.2019, 16:37

FAO Azərbaycan tərəfdaşlıq proqramının açılış mərasimi keçirilib

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü
22.01.2019, 16:28

Rusiyada yenə hərbi təyyarə qəzası: 2 ölü

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı
22.01.2019, 16:19

Rusiyanın strateji nüvə bombardmançısı qəzaya uğradı

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək
22.01.2019, 16:16

Hüquqi şəxslərin rəsmi qeydiyyatı 1 prosedurla 20 dəqiqəyə həll ediləcək

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  
22.01.2019, 16:05

Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılır - ÖZƏL  

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi
22.01.2019, 16:01

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuraya xəbərdarlıq etdi

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı
22.01.2019, 16:00

Sərnişin təyyarəsinin Əfqanıstana uçmasını istəyən şəxs yaxalandı

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat
22.01.2019, 15:48

“Azərbaycanın hüquqi dövlət olduğu bir daha nümayiş etdirildi” - Deputat

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ
22.01.2019, 15:46

Heyvan kəsimi məntəqələrinin sahibləri cəzalandırıldı - BİNƏQƏDİDƏ

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ
22.01.2019, 15:38

Parlament Əməkdaşlıq Komitəsinin həmsədri: “Azərbaycanda tənqid etmək problemi yoxdur” - MÜSAHİBƏ

Daşkəsəndə narkotacir tutuldu
22.01.2019, 15:22

Daşkəsəndə narkotacir tutuldu

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı
22.01.2019, 15:21

Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Mehman Hüseynovla bağlı bəyanat yaydı

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb
22.01.2019, 15:07

İlham Əliyev Gürcüstan Baş naziri ilə görüşüb

Bakıda qumarxana aşkarlandı - FOTOLAR
22.01.2019, 15:04

Bakıda qumarxana aşkarlandı - FOTOLAR

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO
22.01.2019, 15:00

İham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb - FOTO

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
22.01.2019, 14:59

Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
22.01.2019, 14:53

Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi
22.01.2019, 14:48

“Azərsu” sayğaclarla bağlı elektron xidməti istifadəyə verdi

Media etikası - bizdə ona böyük ehtiyac var
22.01.2019, 14:39

Media etikası - bizdə ona böyük ehtiyac var

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO
22.01.2019, 14:33

İlham Əliyev “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşdü - FOTO

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur
22.01.2019, 14:25

Azərbaycanlını evində girov saxlayan erməni general yenidən həbs olunur

Ərəb brakonyerlər 4330 manat cərimələndi
22.01.2019, 14:19

Ərəb brakonyerlər 4330 manat cərimələndi

Koreyanın səfiri ADU-da olub
22.01.2019, 14:07

Koreyanın səfiri ADU-da olub

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı
22.01.2019, 13:59

Bakıda iki “Mercedes” toqquşdu, tıxac yarandı

“Hyundai” üç piyadanı vurdu - biri öldü
22.01.2019, 13:50

“Hyundai” üç piyadanı vurdu - biri öldü

Paşinyan yenə Moskvaya səfər edəcək
22.01.2019, 13:26

Paşinyan yenə Moskvaya səfər edəcək

ARXİV