Modern.az

Xəzərdə iki meyit tapıldı - Fövqəladə Hallar Nazirliyi xəbər yaydı  

Xəzərdə iki meyit tapıldı - Fövqəladə Hallar Nazirliyi xəbər yaydı  

24 May 2018, 16:38

Fövqəladə Hallar Nazirliyi (FHN) Xəzərdə meyiti tapılan şəxslərlə bağlı məlumat yayıb.
Modern.az-a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hal-hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür. Əlavə məlumat veriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır