Modern.az

Əfv olunan 12 “siyasi məhbus” bunlardır - SİYAHI

Əfv olunan 12 “siyasi məhbus” bunlardır - SİYAHI

24 May 2018, 16:49

Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb.

 

Bu barədə Modern.az-a ədliyyə naziri yanında İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənanyarlı məlumat verib.

 

Onun sözlərinə görə, əfv siyahısında 634 nəfər məhkumun adı var. Onlardan 12 nəfəri hüquq müdafiəçiləri tərəfindən "siyasi məhbus" kimi tanınıb.

 

S.Bənanyarlı bildirib ki, REAL sədri İlqar Məmmədovun adı əfv siyahısına düşməyib:

“Nardaran hadisələrinə görə həbs edilən 7 nəfər- Nadir Babayev, Hilal Cabbarov, Əliağa Qasımov, Ələkbər Qurbanov, Fail və Natiq Şahbazovlar, Məmməd Quliyev buraxılıb. Hicab məsələsinə görə həbs edilənlər David Kərimov, Elşad Rzayev də əfv olunub.

AXCP-nin Neftçala rayon Təşkilatının rəhbəri Elnur Fərəcovun, şair Saday Şəkərlinin və “Cristall Hall”da terror törətməkdə təqsirləndirilən Valeh Abdullayevin adı da əfv siyahısına düşüb”.

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...