Modern.az

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”

Rəsmi Dəməşq: “Türkiyə qoşunları Suriyadan çıxarılmalıdır”

24 May 2018, 16:52

Suriyanın Moskvadakı səfiri Riyad Həddad ABŞ və Türkiyənin Suriyadan çıxarılmasını tələb edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Riyad Həddad jurnalistlərə açıqlamasında  bildirib ki, Türkiyə ordusu Suriya torpağına qanunlara zidd daxil olub:

 

“Ölkəmizə bizim icazəmiz olmadan daxil olan ölkələr Suriyadan çıxarılmalıdır. Əlbəttə ki, ABŞ və Türkiyəni nəzərdə tuturam. İran qoşunlarının bizim ölkədə qalmasına müsbət baxıram”.

 

 

Həddad həm də qeyd edib ki, Suriya nümayəndələr heyıti Rusiyada keçiriləcək “ KonstitusiyaKomissiya”sının iclasına qatılacaq. Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd  Türkiyə və İran ilə birlikdə keçirilən komissiyda iştirakdan imtina etmişdi.

Ancaq rusiyalı həmkarı Vladimir Putin ilə Soçi şəhərində görüşündən sonra qərarını dəyişdirib.

 

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu