Modern.az

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

Çempionlar Liqasının finalı İstanbulda keçiriləcək

24 May 2018, 17:19

2020-ci ildə UEFA Çempionlar Liqasının final matçı İstanbul şəhərində keçiriləcək.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün 2 il sonra UEFA Çempionlar Liqasının final oyununa ev sahibliyi edəcək ölkənin adına aydınlıq gəlib. Final oyunu Türkiyədə baş tutacaq. Matçın Atatürk Olimpiya Stadionunda oynanacağı qeyd edilib.

 

Xatırladaq ki, Atatürk Olimpiya stadionu bundan əvvəl 2005-ci ildə keçirilən final oyununa ev sahibliyi etmişdi. “ Liverpul”- “Milan” qarşılaşmasında qalib tərəf ingilislər olmuşdu.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu