Modern.az

Baş nazir benzinə görə təhdid edildi

Baş nazir benzinə görə təhdid edildi

24 May 2018, 17:30

Hindistanın baş naziri Narendra Modi neftin qiymətini aşağı salmazsa onun buna məcbur ediləcəyi barəsində təhdid olunub.

 

Modern.az xəbər verir ki bu barədə öz “Tvitter” hesabında Hindistan Milli konqresinin sədri Raxul Qandi yazıb.

 

“Əziz baş nazir, neftin qalxan qiymətlərini endirin, yoxsan konqres ümummilli təşviqat keçirəcək və sizi buna məcbur edəcək. Sizin cavabınızı almağa ümid edirəm” – Qandi öz “Twitter” hesabında yazıb.

Yerli KİV-də gedən məlumatlara görə ölkənin böyük şəhərlərində artıq 11 gün ard-arda benzin və dizelin qiyməti durmadan artır.

 

Hindistan Neft Korporasiyasının məlumatına görə Dehli və mərkəzi regionda benzinin qiyməti 77,47 rupi (1,94 Azn), Mumbay kimi nəhəng şəhərlərdə isə 85,29 rupi (2,13 Azn) məbləğini keçib.

 

Qeyd edək ki, ölkənin neft və təbii qaz naziri Dxarmendra Pradxan hakimiyyətin öz tarixi maksimumuna çatmış yanacaq qiymətlərinin aşağı salınmasının bir neçə yolunu araşdırdığını bəyan edib.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir