Modern.az

Mətbuat Şurasında şikayətlər dinlənilib

Mətbuat Şurasında şikayətlər dinlənilib

24 May 2018, 17:36

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri Müşfiq Ələsgərli gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

Komissiya üzvləri ilk olaraq Beyləqan rayon sakini Yaşar Səfərovun “Tendensya.com” və “Milliyol.az ”  saytlarına qarşı şikayətini araşdırıblar. Şikayətçi tərəf  bildirib ki, artıq hər iki saytın təmsilçiləri onunla əlaqə saxlayıblar və problemin aradan qaldırılması üçün razılıq əldə olunub. Şikayətçi müraciətini geri götürdüyünü bildirib.

 

“A Servise Group” MMC-nin direktoru Aysel Rəhimovanın “Şərq” qəzetinə qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyən edblər ki, qəzet bəlli şirkət barədə material hazırlayarkən, etik kodeksin standartlarını  gözləyib, balans prinsipinə əməl edib, şirkət təmsilçilərinin mövqeyini də dərc edib. Bu baxımdan şikayət ərizəsində qaldırılan iddia əsassız sayılıb.

 

Bakı şəhər sakini Xaliq Abbasovun “Qafqaz” Xəbər Agentliyinə qarşı şikayətinin paralel olaraq məhkəmə müstəvisində də araşdırıldığı müəyyənləşib. Buna görə də komissiya məsələyə baxmayıb.

Ağstafa rayon rayon sakini Quliyeva Şəlalə Fuaddin qızının “Həqiqət güzgüsü” qəzetinə qarşı müraciətini araşdıran komissiya üzvləri bildiriblər ki, Şura bu quruma daha əvvəllər ünvanlanmış şikayətlərdəki haqlı motivləri əsas tutaraq “Həqiqət güzgüsü” qəzetinin adını özünün “qara siyahı”sına daxil edib. Bununla əlaqədar şikayətçi tərəfə ətraflı məlumat və tövsiyələr verilib.

 

“Haakan foods” şirkətinin prezidenti Yavuz Həsənovun “azeuronews.com” portalı ilə bağlı müraciətini araşdıran komissiya rəyə gəlib ki, bəlli yazıda etik kodeksin bütün prinsipləri ciddi şəkildə pozulub. Bu baxımdan məsələnin geniş şəkildə araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

 

İclasda Azərişıq ASC-nin Aran Regional İdarəsinin “Tendensya.com”, “Milliyol.az ” və “Sonxeber.az” saytlarına qarşı şikayəti də araşdırılıb. “Sonxeber.az” portalının təmsilçisi şikayət doğuran yazını “Tendensya.com”a istinadla yaydıqlarını vurğulayıb və bildirib ki, sayt yanlışlığa görə təkzib verməyə hazırdır. “Tendensiya.com”, “Milliyol.az ”ın fəaliyyətinin isə geniş araşdırılması “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına həvalə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır