Modern.az

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı

Səfir AXC-nin qurulmasını türk dünyasının önəmli hadisəsi adlandırdı

24 May 2018, 17:52

“Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) qurulması türk dünyası üçün çox önəmli hadisədir”.

 

Modern.az xəbər veri ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik quruluşdur.

“Bu Cümhuriyyətin yaranması bir çox insanda fikirləri dəyişib, bu həm Şərqdə, həm də Qərbdə belə olub. O zamana qədər Şərqə demokratiyanı, müstəqilliyi layiq görməyənlər demokratiyanın gerçəkləşdiyinin, cümhuriyyətin qurula biləcəyinin şahidi oldular. Eyni şəkildə Şərq dünyası üçün də bir cümhuriyyət fikri ortaya atılmış oldu”.

 

Səfir deyib ki, Azərbaycanla Türkiyə Cümhuriyyətinin quruluşları bir-birinə çox yaxındır.

“Aralarında 5 il var, Azərbaycan Xalq Cümhuriyyətindən 5 il sonra Türkiyə Cümhuriyyəti elan edildi. Təəssüf ki,  AXC cəmi 23 ay müstəqil dövlət ola bildi və cumhuriyyətin qurucuları mühacirət etmək  məcburiyyətində qaldılar, Türkiyəyə gəldilər. Onlar Türkiyə Cümhuriyyətinin qurulmasına dəstək verdilər. Dolayısı ilə AXC-nin qurulmuş olması Türkiyə Cümhuriyyətinin önündəki yolu da açdı. Bu baxımdan biz qalıcı olduq, bu zamana qədər davam edə bildik. 5 il sonra da biz cümhuriyyətin 100 ilini qeyd edəcəyik. Əminliklə deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Şərq dünyası üçün, bütün dünya üçün çox önəmli bir hadisə oldu”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır