Modern.az

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  

“TANAP Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”  

24 May 2018, 17:57

“TANAP 3 ayaqlı layihənin bir qismidir. Cənub qaz dəhlizinin Cənub Qaz Boru Xətti Azərbaycanla Gürcüstanı, TANAP Türkiyəni, TAP-da Avropada qalan hissəni maraqlandırır”.

 

Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbayandakı səfiri Erkan Özoral deyib. 

 

O bildirib ki, 12 iyunda TANAP-ın açılışı gerçəkləşəcək.

“Təbii ki, TANAP Azərbaycanı qazının Qərbə göndərilməsində önəmli bir vasitədir. Bu layihə Azərbaycan qazının Avropa ölkələrinə göndərilə bilməsi böyük əhəmiyyət daşıyır. Açılış olduqdan sonra Azərbaycan qazı, özəlliklə də Şahdəniz-2 yatağından çıxarılan qaz Avropa ölkələrində satılacaq. Bu Azərbaycanın iqtisadiyyatının inkişafı üçün önəmli bir qapıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır