Modern.az

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM

İlham Əliyevdən 4,6 milyon manatlıq SƏRƏNCAM

24 May 2018, 18:09
Prezident İlham Əliyev Qaradağ rayonunun Lökbatan-Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
 
Modern.az-ın xəbərinə görə, sərəncamda bildirilir ki, 43 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Lökbatan-Güzdək avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,6 milyon (dörd milyon altı yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı