Modern.az

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR

“AXC: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konrans keçirildi - FOTOLAR

Aktual

24 May 2018, 18:11

Aqil Camal: “AXC bütövlükdə Türk-İslam dünyasının dəyəridir”

 

Bu gün “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: Türk ölkələrinin dövlət quruculuğu tarixində müasir model” adlı konfrans təşkil edib.

 

Modern.az xəbər verir ki, Park İNN otelində keçirilən konfransı açan “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, müsəlman Şərqində və Türk dünyasında yaranan ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti (AXC) özündən sonra bu coğrafiyada yaranan dövlətlər üçün bir model olub: “Xalq Cümhuriyyəti 23 ay yaşadı. Ancaq ondan 5 il sonra Osmanlı İmperatorluğu üzərində bərqərar olan Türkiyə, Sovet ittifaqının dağılmasından sonra müstəqilliyin elan edən türk ölkələri hər biri cümhuriyyət-respublika dövlət quruluğunu seçdilər. Bu mənada, AXC tək Azərbaycan xalqının deyil, bütövlükdə Türk-İslam dünyasının dəyəridir. Və AXC-nin yubileyi beynəlxalq əhəmiyyət daşıyır.”. 

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud çıxışında qeyd etdi ki, 1918-ci ildə yaranan AXC yalnız XX əsrdə deyil, bütün tariximiz boyu bizə qalan ən qiymətli miraslardandır. Cümhuriyyətin yaranması Azərbaycan xalqının həmin dövrdə olum, ya ölüm məsələsi idi: “Cümhuriyyətin yaranması və Cənubi Qafqazda türk-müsəlman əhalinin yaşadığı ərazilərin əksəriyyətinin Azərbaycan sərhədləri daxilində birləşdirilməsi o dövrə Azərbaycan xalqını həm soyqırımdan xilas etdi, həm də bugünkü dövlətçiliyimiz üçün çox qiymətli baza rolunu oynadı”.

 

Konfransın məruzəçisi, millət vəkili Hikmət Babaoğlu beş min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının 1918-ci ilə qurduğu Xalq Cümhuriyyətinin əvvəlki dövlətlərdən fərqləndirən xüsusiyyətlər haqqında danışdı. Eyni zamanda qeyd etdi ki, AXC-nin beynəlxalq hüququn subyektinə çevrilməsi bizi sonrakı təhlükələrdən qorudu: “Əgər AXC tanınmasaydı  sovetlər dövründə bizim ayrıca milli subyekt kimi tanımayacaqdılar. Sovetlər dağılarkən isə biz də Rusiyanın tərkibində yalnız muxtar respublika kimi qalacaqdıq”.

 

Digər məruzəçi Giresun Üniverrsiteti beynəlxalq münasibətlər departamentinin üzvü dos. dr. Yalçın SARIKAYA bildirdi ki, AXC-nin özündən sonra buraxdığı siyasi-mənəvi irs, həm Türkiyədə, həm də digər türk dövlətlərində bir örnək kimi öyrənilməlidir.

 

Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AXC-nin yaranmasını ümumtürk tarixinin şərəf səhifəsi kimi qiymətləndirib: “O zaman AXC-nin bütün Azərbaycan ərazisində öz hakimiyyətini qurması, Bakının işğaldan azad edilərək paytaxt elan olunması üçün gələn Qafqaz İslam Ordusunun missiyasının təməlində qardaşlıq bağ dayanırdı. AXC süqut edəndən 3 il sonra Türkiyədə cümhuriyyət qurucuğulu dövründə buradan getmiş dövlət xadimləri, ideoloqlar bu prosesdə yaxından iştirak etmişlər. 100 il olduğu kimi, 25 il əvvəl olduğu kimi, bundan sonra da hər zaman Türkiyə Azərbaycanla çiyin-çiyinə olacaqdır”.

 

Quzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Ufuk Arca TurganerAzərbaycan xalqının tarixdə və bu gün qazandığı uğurları öz uğurları kimi hiss etdiklərini söylədi. Bildirdi ki, bu gün güclənən Azərbaycan kıbrıslı türklər üçün bir qürur mənbəyidir.

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov AXC-dən danışarkən qəhrəman Qafqaz İslam Ordusunun xilaskarlıq missiyasının xüsusi vurğulanmalı olduğunu bildirdi: “Bu gün bu missiya kimlər üçünsə adi görünə bilər. Bəzən hansısa qüvvələr bu bu ordunun tarixi missiyasının əhəmiyyətini azaltmağa cəhd edirlər. Amma bu birmənalıdır ki, Qafqaz İslam Ordusu gəlməsəydi nə o zamankı, nə də indiki Azərbaycan olmayacaqdı”.

 

Beynəlxalq Diaspor Mərkəzinin aparat rəhbəri Samir Adıgözəlli də Qafqaz İslam Ordusunun tarixi missiyasına kölgə salmaq istəyənlərə Azərbaycan Prezidentinin beynəlxalq tribunadan söylədiyi fikirləri xatırlatdı: “Azərbycan Prezidenti “Türkiyə burada yoxdur, mən burdayam” mesajı bu dairələrə bir örnək olmalıdır.

 

Türkiyə Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov bildirdi ki, AXC-nin qəbul etdiyi tarixi qərarlar və dövlət atributları 1991-ci ildə yenidən müstəqilliyini əldə edən Azərbaycanın respublika tarixini 100 il əvvəldən başlatdı.

 

Tarixçi Faiq Ələkbərli AXC-nin əhatə etdiyi xəritə haqqında danışaraq qeyd etdi ki, Azərbaycan xalqının və dövlətinin qarşısında dayanan ən ümdə vəzifə tarixi torpaqlarımızın bütövlüyünə nail olmaqdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi