Modern.az

\"Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var\" - VLADİMİR PUTİN

\

24 May 2018, 18:50

Rusiya Federasiyasının prezidenti Vladimir PutinAzərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. 

Modern.az-ın məlumatına görə, məktubda deyilir: 

“Hörmətli İlham Heydər oğlu. Azərbaycanda bu yubiley ilində xüsusilə geniş miqyasda qeyd edilən milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin ölkəniz iqtisadi, sosial, elmi-texniki, humanitar və digər sahələrdə sanballı uğurlar qazanıb. Azərbaycan Respublikasının beynəlxalq aləmdə çox böyük nüfuzu var. Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Dövlətlərimiz müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlıq edir, regional və qlobal gündəlikdə olan mühüm məsələlərin həllində fəal qarşılıqlı əlaqə saxlayırlar. Əminəm ki, ölkələrimizin dost xalqlarının rifahı, beynəlxalq sabitliyin və təhlükəsizliyin təmin edilməsi naminə Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı bundan sonra da hər vasitə ilə möhkəmləndirəcəyik. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və uğurlar, bütün həmvətənlərinizə əmin-amanlıq və firavanlıq arzu edirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır