Modern.az

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb

Avro ilə əməliyyatların həcmi 12,1% azalıb

24 May 2018, 19:02

Xarici sektordakı müsbət proseslər özünü xarici valyuta ehtiyatlarının dinamikasında da biruzə verib.

Modern.az xəbər verir ki, bu AMB-nin 2018-ciilin yanvar-mart ayları üzrə pul siyasəti icmalında qeyd olunub.

Ölkənin tədiyyə balansının yaxşılaşması şəraitində 2018-ci ilin I rübündə strateji valyuta ehtiyatları 5% artıb.

AMB-dən bildirilib ki, valyuta ehtiyatları 31 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 3 dəfə üstələyib.  

Azərbaycanda avro ilə valyuta əməliyyatlarının həcmi 12% azalıb. 

Hesabat dövründə valyuta bazarının hər iki seqmentində qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib. Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 4,8 mlrd. dollar ekvivalentində 2 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i dollarında, 16%-i digər valyutalarda aparılıb. 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dolları ilə valyuta əməliyyatlarının həcmi 12,4% artıb, avro ilə əməliyyatların həcmi isə 12,1% azalıb. Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb. 

Hesabat dövründə BVB-də dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. BVB-də dolları ilə aparılan əməliyyatların 54,3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platforması aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatları- nın həcmi 3.4 mlrd. dollar ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. BDVB-də valyuta əməliyyatlarının 96%-i hüquqi şəxslərlə valyuta əməliyyatları təşkil edib. BDVB-da dövriyyənin 78%-ni dolları ilə əməliyyatlar təşkil edib. Dolları ilə banklar qeyri-nağd formada daxili konvertasiya yolu ilə 1,1 mlrd. dolları almış, 1,6 mlrd. dolları satıblar. 

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1,4 mlrd. dollar ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd dollarının alışı 594,2 mln. satışı isə 517,8 mln. məbləğində olub. Alışlar satışları 76.4 mln. dolları üstələyib. Avro ilə əməliyyatlar üzrə isə satışlar alışları 104 mln. Avro üstələyib. Digər valyutalar olan funt sterlinqi və rublu üzrə banklar tərəfindən nağd alışların məbləği 60,7 mln. dolları ekvivalentində, nağd satışların məbləği isə 24,7 mln. dolları ekvivalentində olub. 

Aylar üzrə nağd dolları üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar tərəfindən yanvar və fevral aylarında alışlar satışları, mart ayında isə satışlar alışları üstələyib.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?