Modern.az

Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 17 milyard dolları var

Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu - 17 milyard dolları var

24 May 2018, 22:08

“Lukoyl” şirkətinin prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Rusiyanın ən varlı varisləri” siyahısında ilk pillədədir.

 

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, nüfuzlu “Forbes” jurnalının artıq üçüncü ildir ki, tərtib etdiyi hesabata görə Y. Ələkbərov 17 milyard dollar sərvətə malikdir.

 

Siyahıda ikinci yerdə milyarder Leonid Mihelsonun övladları- qızı Viktoriya və 2015-ci ildə dünyaya gəımiş oğlu (adı açıqlanmır) qərarlaşıb. “Novatek” şirkətinin varislərinin hər birinin payına 8,9 milyard dollar düşür.

 

Üçüncü yerdə “Evrohim” şirkətinin rəhbəri Andrey Melnitsenkonun varisləri 14,5 milyard dollarla qərarlaşıb. Qeyd olunur ki, milyarderin qızı Tara ilə ötən il anadan olmuş Adrianın payına 7,3 milyard dollar düşür.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir