Modern.az

İftardan sonra bunu çox etməyin - İnfarkt riskini artırır

İftardan sonra bunu çox etməyin - İnfarkt riskini artırır

24 May 2018, 22:19

Ramazan ayında oruc tutan siqaret çəkənlərin bir çoxu iftardan sonra dərhal bir neçə siqaret çəkir.

 

Modern.az  xəbər verir ki, oruc tutan zaman gün ərzində orqanizmdə nikotin əskikliyi olur və buna görə də iftardan sonra siqaretə “hücum” edirlər.

 

Eyni vəziyyət imsaka qədər davam etdiyində, yüksək miqdarda nikotin təsirinə məruz qalmış olur. Bu isə təzyiqin yüksəlməsinə, ürəkbulanmasına, baş gicəllənməsinə, mədədə turşuluğun artmasına səbəb olur. Ən qorxulusu isə infarkt və beyin qanamasına da gətirib çıxara bilir.

 

Qeyd edək ki, dünyada hər il 4 milyona yaxın insan siqaretin səbəb olduğu xəstəliklərdən dünyasını dəyişir. (qafqazinfo.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı